Gənclər Üçün Təcrübə Proqramı

0
5297
Gənclər Üçün Təcrübə Proqramı

NESS CO şirkəti aşağıdakı vakansiyalar üzrə 
TƏCRÜBƏ PROQRAMI
elan edir:
 
1. Telekommunikasiya mühəndisi – 13 yer
2. İnsan resursları mütəxəssisi – 2 yer
3. Recruitment – 3 yer
4. Maliyyə mütəxəssisi – 3 yer
5. İnzibatçılıq - 3 yer
6.     Keyfiyyətə nəzarət üzrə mütəxəssis - 2 yer
 
Proqramda tələbələr və Universiteti yeni qurtaran şəxslər iştirak edə bilərlər.
 
Bu bir təcrübə proqramıdır və NESS CO istedadlı gənclərin işlə təmin olunmasına kömək etmək məqsədi ilə, bu proqramı maliyyələşdirir. 
 
İştirakçılar NESS CO-nun müştəri şirkətlərində işləyəcəklər. Bu şirkətlərin təcrübə proqramlarında nəzərdə tutulan əmək haqqından əlavə, NESS CO  bütün iştirakçılara minimum əmək haqqı (110 azn) ödənişini təmin edəcək.
 
Proqramda fərqlənən iştirakçılar daimi iş yeri imkanı əldə edə bilərlər.
 
İştirakçıların təcrübə proqramından qazanacaqları:
 
1. İş təcrübəsi
2. Referans məktubu
3. Daimi iş yeri imkanı
4. Əmək haqqı
 
Proqramın müddəti 2-6 aydır.
 
Təcrübə proqramına qəbul müsabiqə yolu ilə həyata keçirilir.
 
Maraqlanan şəxslər  15 iyun saat 18.00-a qədər nessjob@ness-az.com ünvanına CV göndərə bilərlər. O tarixdən sonra göndərilən CV-lərə baxılmayacaq. 
 
Məlumat üçün əlaqə telefonu : (+99412) 497 03 63

ŞƏRH YAZIN