Uşaq Tərbiyəsində Diqqət Edilməsi Vacib Olan 7 Məqam

0
2286
Uşaq Tərbiyəsində Diqqət Edilməsi Vacib Olan 7 Məqam

Özünüzə yaxşı, tələb olan, yaxşı pul qazandıran peşə axtarışı zamanı bir çoxlarınız bəzi çətinliklərlə üzləşirsiniz. Bunlar hamısı həll olunan çətinliklərdir, sadəcə psixoloq, sosioloq və mütəxəssislərin fikirlərini öyrənmək lazımdır.Beləliklə, peşəni necə seçməlisiniz? Əsas çətinliklər və onları dəf etmək.

Valideynlər sizin yerinizə seçməyə çalışır

Onları acıqlamaq lazım deyil. Valideyn həmişə sizi düşünür və sizin üçün “ən yaxşısını” istəyir. Lakin bu “yaxşı” sizin yaxşı anlayışınız ilə üst-üstə düşməyə də bilər. Bu zaman bəzi etirazlara dözəcəksiniz. Lakin acığa heçnə etməyin. Əsas sizin seçiminiz müstəqil olsun və sizin ruhunuza yaxın olsun. Valideynlərə isə hər şeyi sakit başa salmaq da olar.

Siz seçim edə bilmirsiniz

Seçdiyiniz peşə barəsində maksimum məlumat toplamalısınız. Ola bilsin ki, bəzi şeylər aşkara çıxdıqda siz həmin peşəni seçməkdən imtina edəcəksiniz.Sizə bir çox şey maraqlıdır lakin hansının daha üstün olduğunu seçə bilmirsiniz.

Sadəcə aşağıdakı suallara cavab verin:

1. Mən nə istəyirəm?

2. Mən əslində nəyi bacarıram?

3. Günün tələbi nədir?

Bu suallara cavab tapsanız sizə ən uyğun peşəni seçə biləcəksiniz. Müasir dünyada bir insan bir neçə peşə ilə eyni vaxtda da məşğul ola bilər. Əsas bu iki peşə bir-birinə maneə törətməsin. Bir məsləhətimiz də var ki, çalışın elə peşə seçəsiniz ki, bir gun lazım gəlsə başqa bir peşəyə çətinlik çəkmədən keçə biləsiniz.

Sizin xəyallarınızın peşəsi var 

Bu vəziyyət heç də asan deyil. Çox zaman xəyallar reallıqdan uzaq olurlar. Sizə öz xəyallarınız necə görsənir. Daxili istəkləriniz barədə yaxşıca düşünün.

Sizin xarakterinizin bəzi xüsusiyyətləri seçdiyiniz peşədə maneə törədəcək

Əgər siz utancaqsınız isə və gələcək işiniz sizə daim kütlə qarşısında çıxış tələb edirsə bunu boş buraxmayın. Zamanla siz öyrəşə də bilərsiniz, öyrəşməyə də. Bununla mübarizə aparmaq üçün, misal olaraq çoxlu konfranslarda məruzə ilə çıxış etməyə çalışmalısınız.

Peşə sizin xoşunuza gəlsə də kişi üçün olmadığını düşünürsünüz

Bir çoxları əmindir ki, xilas edici kişi, manikür edən mütləq qadın olmalıdır. Niyə? Harda yazılıb ki? Əgər sizin peşə xoşunuza gəlirsə, uğur qazanacağınızdan əminsiniz isə, niyə də olmasın, boş fikirlərdən uzaq olun!

Dəbdə olan peşə istəyirsiniz

Misal üçün dietoloq indi dəbdə olan bir peşədir. Bəs sabah? Minlərlə dieta proqramları var, dietoloq var. Özünüzə prespektivli peşə seçin.

Son olaraq: uğuru hər bir peşədə əldə etmək olar, yalnız bir balaca “can” qoymaq lazımdır.

 

ŞƏRH YAZIN