HR menecerə müsahibədə hansı suallar verilməlidir

0
2616
HR menecerə müsahibədə hansı suallar verilməlidir

Adətən işə düzələnlər müsahibə zamanı “sual ver” hissəsini iqnor edirlər və yaxud “təki” prinsipinə görə danışırlar. Bu tamamilə səhvdir.

Birincisi, müsahibə götürən sizin xarici görünüşünüz və verdiyiniz cavablarla yanaşı, sizin verdiyiniz suallara da diqqət yetirir. İkincisi isə, müsahibə zamanı siz də öz gələcəyinizin necə olacağı barədə suallar verməlisiniz. Yaxşı olar ki, verəcəyiniz sualları qabaqcadan hazırlayasınız.

Sizin dqqətinizə müsahibə zamanı verməli olduğunuz sualları çatdırırıq.

1. İlk 60-90 iş günü ərzində məndən nələr gözləyirsiniz?

Yaxşı işçi əvvəlcədən onu nə gözlədiyini, vəzifəsinin nə olduğunu, nələr ilə üzləşə biləcəyini öyrənməlidir ki, gələcəkdə gözlənilməz hadisələr ilə üzləşməsin.

2. Şirkətdə tədris nəzərdə tutulub mu?

Çünki hər bir şirkət öz üslubuna malikdir, öz qaydaları var ki, siz onlara riayət etməlisiniz. Üstəlik bu suala verilən cavab, şirkətdə işçiyə nə qədər dəyər verildiyi barədə sizdə təsəvvür yaranacaq.

3. Artım prespektivi nə qədərdir?

İxtisaslı işçi ilk öncə stabil iş axtarır və artım prespektivini gözləyir. O öz sahəsində lider olmaq istəyir və bu istiqamətdə nə etməli olduğunu bilmək istəyir.

4. Nəyə arxalanaraq şirkət bazarda irəlləyir? İşçilərin burada rolu nədir?

Hər bir işçi şirkətin investisiyasıdır. Onun işi müsbət nəticələr verməlidir, yoxsa maaş ona niyə verilsin? Bu suallara cavab tapsanız şirkətdə karyeranızı necə quracağınız barədə düşünə bilərsiniz.

5. Şirkətdə olan ənənələr və işçilər boş vaxtlarını necə keçirdirlər?

Şirkət mədəniyyəti və işçilərin həmrəyliyi olduqca vacib məlumatdır. Çünki siz işə götürüldüyünüz zaman onlarla günün əksər saatlarında bir yerdə olacaqsınız. İşdəki abu-havadan sizin əhvalınız 70% asılı olacaq.

6. Şirkətin iş rejimi necədir?

Burada iş saatlarından əlavə bilməlisiniz ki, işçilər işdən sonra tez-tez qalırlarmı, bayram günləri işləyirlərmi, bonuslar varmı, nahar saatları bəllidirmi və s.

7. Şirkətin gələcək üçün planları nədir?

Siz bilməlisiniz ki, şirkətin gələcək planları nədir, nə ilə yaşayacaq və siz bu plana necə sığınacaqsınız. Ciddi şirkətlərin daim məqsədləri və gələcəyə baxan planları vardır.

 

ŞƏRH YAZIN