İşi dəyişmək üçün 4 səbəb

0
2180
İşi dəyişmək üçün 4 səbəb

Həyat insana bir dəfə verilir və onu boş yerə xərcləmək olmaz. Sizlərə işinizi dəyişmək üçün ən kəskin səbəbləri təqdim edirik.

Prespektivi görmürsünüz

Doğru rəhbər – öz işçilərini ardınca yüksəlişə aparan rəhbərdir. Əgər son bir il ərzində heç bir irəlləyiş olmayıbsa, bu sizi mütləq narahat etməlidir. Hər şeyi buraxmazdan əvvəl rəhbərliklə söhbət edin, narazıçılığınızı bildirin. Əgər rəhbərlik sizin işdə qalmağınıza maraqlıdırsa, mütləq sizə kömək edəcək və daha da irəlləməyə imkanlar yaradacaq. Əgər bu baş verməsə, işdən rahat vicdanla ayrıla bilərsiniz.

Niyə burda işlədiyinizi unutmusunuz

Siz hər gün işə gedirsiniz, işinizi görürsünüz, həmkarlarınız ilə xoş münasibətdəsiniz. Lakin hərdən sizə elə gəlir ki, biri gəlsə və sizi uzaq səfərlərə səyahətə aparmaq istəsə, siz hər bir şeyi atıb gedərdiniz. Bu artıq işdən çıxmağın səbəbidir. Əgər artıq niyə işə gəldiyinizi və niyə bu işi gördüyünüzü bilmirsiniz isə, işdən azad olmağın tam vaxtıdır.

Əbəs yerə istedadınızı istifadə edirsiniz

Ola bilsin ki, elə bir iş var ki, sizə burada çatan yoxdur. Əgər sizin işiniz istedanınızı tam və ya heç istifa etmirsə, işi dəyişməyin tam vaxtıdır. İstedanınızı tam göstərə biləcəyiniz iş axtarın.

Siz 70% – dan az razısınız

İşinizdən nə qədər razı olduğunuzu öyrənmək istəyirsiniz isə, bir kağızda sizin üçün ideal işin kriteriyalarını yazın və sonra cari işinizdə bu ideala yaxın olanları qeyd edin. Hesablayın və uyğunluq faizini tapın. Ən minimal 70% uyğunluq olmalıdır. Azdırsa yeni iş axtarışına başlamaq olar.

 

ŞƏRH YAZIN