Məzuniyyətdən sonra özünü işləməyə necə məcbur etmək olar?

0
1675
Məzuniyyətdən sonra özünü işləməyə necə məcbur etmək olar?

Məzuniyyətdən sonra bir çoxları məyus olur, qüssə çəkir, üstünə tənbəllik qalanır… İş rejiminə necə daxil olmalı?

Palmalar, dəniz, təmiz hava… Hələ dünən biz dənizkənarı çimərlikdə uzanıb xumarlanır, qayğısız istirahət edirdik, bu gün isə ofisdə oturmalıyıq – məzuniyyətdən təzəcə qayıtmış insanlar üçün tipik vəziyyət.

Şəraitin qəfil dəyişməsi depressiyaya səbəb olur və təcili iş yerini dəyişmək arzusu oyadır. Lakin tələsib qəm-qüssəyə dalmağa dəyməz, çünki darıxdırıcılığın öhdəsindən gəlmək mümkündür.

Məzuniyyətdən sonrakı darıxdırıcılıqla və tənbəlliklə necə mübarizə aparmalı və əvvəlki həyata necə ahəngdar daxill olmalı?

Bu məsələ ətrafında mütəxəssislər suallarımızı cavablandırır.

Yay – hamının məzuniyyətə getdiyi vaxt. Lakin hələ, psixoloqların dediyi kimi, bu həm də postməzuniyyət depressiyaları da dövrüdür. Bu belədirmi? Həqiqətən, postməzuniyyət depressiyası termini mövcuddurmu?

–    Tibbdə “postməzuniyyət depressiyası” termini yoxdur, “depressiya” termini var. Depressiya – kifayət qədər ciddi psixi pozğunluqdur və öz təsnifatı var. Depressiyanın çox növləri mövcuddur, depressiyaların dəqiq klinik əlamətləri vardır. Mən “depressiya” terminindən “postməzuniyyət depressiyası” vəziyyəti üçün istifadə etməzdim. Biz burada bir haldan (istirahət) digər hala (işçi) keçidi nəticəsində meydana çıxan stresslə qarşılaşırıq. Stress anlayışı adaptasiya anlayışı ilə sıx bağlıdır. Stress – adaptasiya sindromudur. ətraf mühitimizdəki şərait dəyişdikcə, biz ona uyğunlaşmalıyıq, stress belə faydalı uyğunlaşmadır. Bu prosesin gedişi isə başqa məsələdir.

O, orqanizmin yeni şəraitə qurulması zamanı faydalı keçə bilər, və ya aqressiv şəraitdə orqanizmin resursları tülənməyə məruz qalar.  Istirahətdən işə keçid “depressiya” anlayışındansa, daha çox “stress” anlayışı ilə bağlıdır. Stress həm psixoloji, həm də fizioloji səviyyədə təzahür edir. Tədqiqatlar göstərir ki, dəyişən şəraitdə orqanizmdə hətt biokimyəvi səviyyədə müəyyən dəyişikliklər baş verir. Insan qorxan zaman – bu stresssdir – adrenalin ifrazı baş verir. Biokimyəvi səviyyədə stress zamanı dəyişmiş şəraitlə bacarmağa yönəldilmiş yenidənqurma baş verir. Həmin şey psixoloji səviyyədə də baş verir.

Adaptasiya, istirahət, fəallıq

Onun nəticələrini minimuma necə endirmək olar? Bu vəziyyətin miqyasları məzuniyyətin uzunluəundan asılıdırmı? Axı kimsə 2 həftə, kimsə bir ay, kimsə bir neçə ay dincəlir…

– Məzuniyyətin uzunluğunun burada rolu var. Məzuniyyət bizə yorulmuş resurslarımızı bərpa etmək üçün verilir. Ona görə də bizim məzuniyyətdə nə qədər dincəlməyimizdən sonra necə işləyəcəyimiz asılıdır.  Hər şey bizim məzuniyyətdə  nə qədər bərpa olunmağımızdan asılıdır. Bəzi insanlar 10 günə bərpa olunur (onlar daha artıq dincəlməkdən darıxırlar), bəzilərinə bərpa üçün daha çox vaxt tələb olunur. Bu amillər işin xarakteri ilə, insanın öz işinə münasibəti ilə bağlıdır. Sovet dövründə  məzuniyyətin müddəti minimum 3 həftədən ibarət olurdu. Nəzərdə tutulurdu ki, birinci həftə ərzində insan heç nə etməyəcəyinə adaptasiya olunur, ikinci həftə o dincəlir, üçüncü həftə isə işə çıxmağa hazırlaşır. Əgər biz işə çıxma probleminin qarşısını alırıqsa, məzuniyyəti dövrlər üzrə planlaşdırmaq lazımdır: birinci bir neçə gün tamamilə boşalmaq, sonra dincəlmək, məzuniyyətin sonuna isə fəallıq göstərmək lazımdır: çimərlikdə uzanmayıb ekskursiyaya getmək lazımdır.

Əgər sizin iş intellektualdırsa, “beyni işə salmaq”, kitab oxumaq lazımdır. Tezliklə işə çıxmalısızsa, işdə nə edəcəyinizi yada salın və ilk iş günləri üçün plan cızmalısız. Belə hesab edirlər ki,  fəaliyyət növünü dəyişəndə insan daha məhsuldar dincəlir.

Iş intellektual olduqda istirahət fiziki olanda yaxşı olur. Fəaliyyətin dəyişməsi və planlaşdırma işə daha asan daxil olmaya kömək edir.

  Bəs Siz işə necə deyərlər, “gəmidən – qonaqlığa” düşən insanlar kateqoriyasına necə baxırsınız?

– Tibbi nöqteyi-nəzərdən, belə insan ciddi stresə məruz qalır, lakin ətraf kimi bir neçə amili nəzərə almaq lazımdır. Məsələn, iş şəraiti elədir ki, insan təcili olaraq əmək prosesinə qoşulmalı deyil və ya məsul qərarlar qəbul etməməlidir. Bu halda o, rahatca iş ritminə daxil ola bilir. Daha bir amil insanın şəxsiyyəti, onun xarakteridir. Əgər o sanqvinik temperamentlidirsə, fəaldırsa, bunlar onun üçün ağrısız keçəcək. Bəzi adamlar belə ritmdə yaşamağı xoşlayırlar.  Əgər insan fleqmatikdirsə, o tədricən işə alışır və ətrafın aqressiyasına dərhal cavab vermir, o, nəyisə təxirə salıb tədricən işə daxil ola bilir.

Xoleriklər isə – yüksək əsəbi insanlardır, onlara işə daxil olmaq daha çətindir, onların özünü qiymətləndirməsi kifayət qədər yüksəkdir, onlar hər şeyi yüksək səviyyədə etməlidir, məzuniyyətdən sonra resurslar isə hələ bərpa olunmayıb. Həddən artıq məsuliyyətli insanlara da avral şəraitində asan olmayacaq. Avral yoxdursa, işə daxilolma bir qədər yumşaq olacaq.

Hər kəs prosesə daxil olmalıdır

 Bəlkə rəhbər məzuniyyətdən sonra ilk günlər əməkdaşın yüklənməməsini izləməlidir ki, hər şey bir qədər sakit keçsin?

–    Düzgün fikirdir. Bəlkə həqiqətən prosesə tam daxilolmanı tələb edən təcili işlər vermək lazım deyil. Rəhbərin nöqteyi-nəzərincə, bu, düzgün qərar olardı: əməkdaşlar arasında işi elə bölüşdürmək ki, onlar birgə iş ritminə daha asan daxil olsunlar. Həm də bu zaman əməkdaşlar hiss etməməlidirlər ki, məzuniyyətdən gələnlər üçün daha rahat şərait yaradılmışdır, belə ki bu, kollektivdə gərginlik yarada bilər. . Burada rəhbərin müdrikliyi özünü göstərməlidir, necə etməli ki, bu, kollektivdə mürəkkəblik doğurmasın? Məzuniyyətdən qayıdan insan da hesab etməməlidir ki, onun üçün güzəştli dövrlər başlanıb.

Məsələn, işçi 2 həftə dincəlmişdir və işdə də bir neçə gün bekar otura bilər. Rəhbər gözləməməlidir ki, məzuniyyətdən qayıtmış işçi özünü tam mürəkkəb işə həsr edəcək. O, bunu edə də bilər, lakin nəticələr məzuniyyətdən sonra orta olacaq. Hər kəs prosesə daxil olmalıdır.

 Siz dediniz ki, bizlərdən hər birimiz öz temperamentindən asılı olaraq iş prosesinə müxtəlif cür daxil olur. Bəs qadınlarla kişilər arasında hər hansı fərqlər varmı? Deyirlər ki, qadınlara bunu etmək daha asandır. Qadınlar daha amıqdır, kişilər bir qədər bağlıdır.

– Mən deyərdim ki, bütün bunlar fərdidir. Var emosional bağlı qadınlar ki, ətrafdakılardan enerji ala bilmir. Kişilər var ki, həddən artıq açıqdır. Kollektivə asanlıqla qayıdan insan ətrafdakılarla emosional birləşir. Fərdi ünsiyyət vərdişlərindən də çox şey asılıdır. Insanlar hiss etməlidirkər ki, həmkarlarına nə vaxt məzuniyyətdəki təəssüratlarından danışmaq olar və nə vaxt bu barədə susub işə girişmək daha yaxşı olar. Bizim kollektivə daxil olmağımız bizim kollektivlə qarşılıqlı əlaqəmizi nümayiş etdirir və bu bizim adaptasiya üçün böyük əhəmiyyət kəsb edir.

 

ŞƏRH YAZIN