Öz Əsl Yolunu Müəyyənləşdir

0
3711
Öz Əsl Yolunu Müəyyənləşdir

Yeni bir işə başlamaq həqiqətən çox maraqlı və maraqlı olduğu qədər də həyəcanvericidir. Təbii ki, bir də qorxu hissi yaşadığımız anlar da olur. Həyəcanı və qorxunu dəf etməyin ən gözəl yolu isə bu iş üçün öncədən hazırlıq görməkdir.

Siz də hər hansı bir işə başlamazdan əvvəl bizim qeyd etdiyimiz 5 sualı özünüzə vermiş olsanız, uğurlu yola ilk addımı atmış olacaqsınız.

 

Mənim hədəflərim və onlara çatmaq üçün bir planım varmı?

Belə bir deyim var: “Uğursuz hazırlanan plan uğursuz plandır”. Bu deyim xüsusilə işə başlayan zaman xüsusi önəm daşıyır. Hara getmək istədiyiniz, orada nə edəcəyiniz barədə bir ideyanız olmasa, siz işə başlayan zaman bəzi müvəffəqiyyətsizliklər, məyusluq və stress kimi hallarla üzləşə bilərsiniz.

Məqsədə çatmaq üçün etməli olduğunuz ən vacib addım edəcəyiniz işin maksimum və minimum müddətə başa çatacağını hesablamaqdır. Öz məqsədinizi müəyyənləşdirin, vaxta uyğun planla çalışın. Bu, sizə məqsədinizə çatmaqda kömək edəcək. Bu, eyni zamanda, sizə motivasiya da verəcək.


Mən hər hansı bir qayda pozuntusu olmadan planımı icra edə biləcəm?

Bu və ya digər işə başlamazdan öncə sizin nəzərə almalı olduğunuz bəzi qanunauyğunluqlar var. Bunlar aşağıdakılardır:

Sizin biznes strukturunuz (yeganə sahibkarlıq, tərəfdaşlıq, korporasiya, məhdud məsuliyyətli şirkət) müəyyən edilməlidir;

Qeydiyyatdan keçməlisiniz;

Lisenziya və icazələr alınmalıdır;

Vergilər planlaşdırılmalıdır. 

 

Mən işə başlamadan öncə bütün maliyyə məsələlərini düşünmüşəm?

Bir işə başladığınız zaman düşünməli olduğunuz ən vacib məsələ puldur. Xüsusilə də, siz yeni bir iş qurursunuzsa, daha böyük başlanğıc xərcləri ilə qarşılaşacaqsınız. İşinizi maliyyəyə görə planlaşdırmayın, bunun üçün borc götürüb müəyyən addımlar ata bilərsiniz. Qazancınızın daha çox olmasını məqsəd kimi düşünün.


Mənim kifayət qədər dəstək şəbəkələrim varmı?

Biz müstəqil həyata başladığımız andan etibarən tamamilə az hallarda işlərimizi doğru şəkildə yerinə yetiririk. Hətta bu işin tək sahibi olmaq istəsəniz belə, kənardan sizə gələ biləcək bu və ya digər dəstək çox önəmli rol oynayır.

Sizin dəstəkçiləriniz ailəniz, dostlarınız, həmkarlarınız, təlimçiləriniz, bir sözlə, sizə kömək edə biləcək hər kəs ola bilər.


Mən biznes və ya karyera qurmaq üçün lazım olan hər şeyə sahibəm?

Uğurlu biznes sahibi olmaq üçün ilk öncə bəzi kiçik biznes xarakterlərinə malik olmaq vacibdir. Bunun üçün qəbul edilmiş xüsusi standartlar yoxdur. Yaxşı bir iş sahibi olmaq üçün ən vacib keyfiyyət riskləri gözə almaqdır.

Bu 5 sual həm də quracağınız iş üçün məqsədlərinizi müəyyən etməkdə motivasiya rolu oynayır. Nəticədə isə siz artıq bütün qorxu və həyəcanlarınızı dəf etmiş olacaqsınız.

 

ŞƏRH YAZIN