Ofis işçiləri nədən qorxur?

0
1813
Ofis işçiləri nədən qorxur?

Hal-hazırda ofis işi ilə məşğul olan insanların sayı az deyil. Ofis işi dedikdə, insanın beynində ilk olaraq, təmiz, səliqəli və işıqlı iş yeri canlanır. Əslində isə hər şey heç də göründüyü kimi deyil.

Statistikaya görə, ofis işçilərinin 86%-i müəyyən qorxulara malikdirlər:

- İşçilərin 39%-i işdə inkişafın və karyerada yüksəlişin olmayacağından ehtiyatlanır.

- Uğurlu menecerlərin 28%-i səhv etməkdən və bu səhvin onların işgüzar nüfuzuna xələl gətirməsindən qorxur.

- İşçilərin 26%-i işdən çıxarılmaq və əmək haqqının azaldılması qorxusu ilə yaşayırlar.

- İşçilərin 24%-i karyera yolunda ciddi sarsıntı və problemlərlə qarşılaşmaqdan çəkinir və qorxurlar.

- Maaşın bir neçə gün gecikdirilməsindən qorxan işçilərin sayı isə 20% təşkil edir.


Bütün bunlarla yanaşı, ofis işçilərində telefon, lift, printer və digər ofis texnikasına qarşı qorxu hissi olmur. Belə ki, insanın tutduğu vəzifə nə qədər yüksəkdirsə, ofis əşyaları qarşısında qorxu hissi də bir o qədər azdır. Eyni zamanda, ofis işçiləri öz həmkarlarından və heç bir yenilikdən çəkinmirlər. Lakin əksər işçilər işəgötürənin Əmək Məcəlləsi ilə tənzimlənən qaydaları pozacağından, öz imtiyazlarını itirməkdən, maddi məsuliyyət daşımaqdan, eləcə də iş kollektivində dedi-qodu və xoşagəlməz mühitin hökm sürməsindən qorxurlar. İşçilərin bir qismi işin həcminin çox olmasından və buna görə də onun öhdəsindən gələ bilməməkdən qorxduğu halda, digər bir qismi ümumiyyətlə işin olmayacağından ehtiyat edirlər.

- Yüksək vəzifədə çalışan insanların 32%-i iş həyatı ilə bağlı hər hansı bir qorxuya sahib deyillər.

- Orta səviyyəli ofis işçilərinin isə 14%-i iş həyatını tamamilə qorxulardan azad olmuş şəkildə davam etdirirlər.

Şirkət rəhbərlərini, adətən, şirkətin nə vaxtsa iflas təhlükəsi ilə qaşılaşması ehtimalı qorxudur. Proqramçılar, marketoloqlar və reklamçılar karyerada uğursuzluq yaşamaqdan, bank əməkdaşları isə işdə hər hansı bir səhvə yol verməkdən qorxurlar.

Müqayisə üçün qeyd edək ki, iş həyatı ilə bağlı ən az qorxu keçirən işçilər səhiyyə və inşaat sahəsində, ən çox qorxu keçirənlər isə marketinq və konsaltinq sahələrində çalışırlar.

İş həyatında hər kəs səhvə yol verə bilər. Bu səhvlərin qarşısını almağın ən yaxşı yolu əmək və istirahət rejimi yaratmaq, düzgün qidalanmaq və yuxu rejimini gözləməkdir. Unutmayın ki, qorxular insanın karyera yolunda əmin addımlarla irəliləməsini məhdudlaşdırır. Bu səbəbdən də rəhbərin tələblərini düzgün şəkildə müəyyənləşdirmək və çətinlik yarandığı təqdirdə, məsləhət üçün rəhbərliyə müraciət etməkdən çəkinməmək lazımdır. Əgər sizə irimiqyaslı bir layihə həvalə edilibsə, bu zaman onun uğurlu alınması üçün öz həmkarlarınıza da kömək üçün müraciət etməkdən çəkinməyin.

İş yerində həmkarlarınıza yardım etməyi unutmayın. Axı onların da iş həyatı ilə bağlı müəyyən qorxuları var. Sizə kömək edən şəxslərə təşəkkür edin və bu yardımın qarşılığını verməyə çalışın. İş yerinizdə mehriban və etibarlı münasibətlər yaratmaqla, siz, qorxu hissinin sizə və həmkarlarınıza hakim kəsilməsinin qarşısını ala bilərsiniz.

 

ŞƏRH YAZIN