Dost Olan Gizli Cəsuslar...

0
11441
Dost Olan Gizli  Cəsuslar...

Gəz kimsəyə söyləmə

Gerçək bir eşq yaşa amma kimsəyə söyləmə

Xoşbəxt ol və kimsəyə söyləmə

Çünki insanlar gözəl şeyləri məhv edərlər

Frida Kahlo
 
 
25 yaşım vardı və təxminən 5 ilə yaxın işlədiyim bir şirkətdən ayrılmaq qərarına gəlmişdim. Planlarımda isə artıq indiyə qədər qazandığım təcrübə və biliklərimi, uşaqlıqdan arzusunda olduğum şəxsi biznesimə daşımağı və şəxsi şirkətimi qurmaq var idi. Qərarımı ilk öncə atama dedim  və gözləmədiyim bir müqavimətlə qarşılaşdım. Dedikləri söz bunlar idi:
-Çox nahaq yerə işdən çıxırsan, sən birdə belə bir iş hardan tapacaqsan,elə bilirsən şirkət qurmaq onu idarə eləmək asandı??? Sən hələ çox gəncsən, batıracaqsan hərşeyi, batacaqsan....
 
Atamın bu sözlərinə anam, dayım və başqa yaxın dostlarımda şəriklik etdilər. Bir anlıq bütün xəyallarım yerlə bir oldu. Arzuladığım hədəflərimə qarşı ilk addımımda bu qədər müqavimətlə qarşılaşacağımı heç gözləmirdim və hərşey alt üst olmuşdu. Bir ümidə, bir dəstəyə, bir dosta ehtiyyacım vardıki mənə azacıqda olsa fikirlərimdə dəstək olsun  və bu dəstək bütün bu müqavimətləri qıra biləcək bir güc idi. Çox keçmədən fikirlərinə indiyədək hörmət etdiyim bir nəfərlə qarşılaşdım çox ümidim olmasada fikirlərimi paylaşdım və gözləmədiyim anda axtardığım dəstəyi sohbət əsnasında əldə etdiyimin fərqinə vardım.
 
Hədəflərimin və arzularımın heçdə uzaqda olmadığını, sadəcə həmin istiqamətdə birinci addımı atmaq lazım olduğunu söylədi və bu sözlər istədiyim sözlər idi. O anda özüm özümə 3 sual verdim:
1) Mən deyilsə, bəs kim ?
2) Bugün deyilsə, bəs nə vaxt ?
3) Burada deyilsə, bəs harda ?
Həmin gün verdim qərarımı və ilk addımımı atdım. Bugün 31 yaşım var və cəmi 50 yə yaxın işçisi olan 2 şirkət sahibiyəm. Yaşam təcrübəsindən fərqində olduğum məsələlərdən biri bundan ibarətdiki, ata-ananız, dost qardaşlarınız və yaxınlarınız sizi çox sevdiklərindən, hədəflərinizə doğru yolda  baş verə biləcək problemləri, qəzaları və çətinlikləri qabardaraq danışıb sizi qorumaq istəyərlər. Fikir verin hansısa hədəfiniz vəya uğur planınız haqqında yaxınlarınıza danışdıqda ilk öncə onun maneələri barədə məsləhətlər verərlər. Bilincli vəya bilincsiz olaraq yaxınlarımız və dostlarımız bizim uğur missiyamızda gizli casuslara çevrilirlər. Halbuki heç biri və ya çox az hissəsi sizin uğur qazanacağınıza əmin olarlar. Amma siz siz olun uğur qazanacağınıza inandığınız hədəflərdən heçvaxt yayınmayın. Çünki sizin olduğunuz vəziyyəti sizdən başqa heçkəs sizin qədər görə və hiss edə bilməz. Sizi daima tənqid edən, qazanacağınız uğurları şübhə altına alan, sizi demotivə edən dostlarınızdan ya uzaqlaşın ya da onlara hədəfləriniz barədə heçnə danışmayın. Unutmayın ki sizin həyatınız ancaq sizin öz əlinizdədir və uğura aparan bütün yollar sadəcə sizin ilk addımınızdan başlayır. Başladığınız uğur marafonunda qalib gəlmək və finişə tez çatmaq önəmli deyil, önəmli olan bütün müqavimətlərə baxmayaraq yarışı başa vurmaqdır.  Elə isə özünüzə sual verin:
1)Mən deyilsə, bəs kim?
2)Bugün deyilsə, bəs nə vaxt?
3)Burada deyilsə, bəs harda?
 
Davamı növbəti hekayəmdə...
 
Şirin Şərifov...
Yaşam Koçu
 

ŞƏRH YAZIN