Həllə istiqamətli Fərdi Fərqindəlik və İnkişaf Koçluğu nədir?

0
2326
Həllə istiqamətli Fərdi Fərqindəlik və İnkişaf Koçluğu nədir?

 "Heç bir problem onu ​​yaradan düşüncə səviyyəsində həll edilə bilməz." Albert Eynşteyn


Eynşteynin bu sözü gündəlik həyatda bizi narahat edən və içindən çıxılmaz, həllsiz olduğunu düşündüyümüz problemlərin necə problem olaraq qaldığının hətta təkrar təkrar qarşımıza çıxdığının çox gözəl bir xülasəsidir. Əgər həyatın təbii axışına maneə törədən bir vəziyyət varsa, gözardı edilir və həll istiqamətində hər zamankından fərqli bir yanaşma sərgilənmirsə, bu gün ailə içində yaşadığınız həllini gözləyən problem sabah özünü iş yerində, iş yoldaşınız ya da müdirinizdə cəmlənərək birdən ortaya çıxan gözlənilməz bir problem olaraq göstərir. Bu demək olur ki, ortada bir problem varsa; 

* o problemi, bilərək ya da bilməyərək düşüncə şəklinizlə təşkil edir və ya bəsləyirsiniz, 
* bu düşüncəni yaradan zehniniz düşüncə və davranışlarınızı da özünü haqlı çıxarmaq üzrə şəkilləndirir.

Həllə istiqamətli Fərdi fərqindəlik və İnkişaf Koçu ilə birlikdə;

* həyatınızı bir bütün olaraq qiymətləndirərək işə başlayarsınız.
* həqiqətən nə istədiyinizin fərqində olacaqsınız.
* hədəflərinizə çatmanız üçün lazım olan yeni və konkret addımları zehninizin yaratmasına fokuslanacaqsınız.
* bu səfərdə sizi sabotaj edə biləcək, hədəfləriniz mövzusunda sizə xidmət etməyən düşüncə qəliblərini dəyişdirərək qarşılaşdığınız maneələri aşmanıza köməkçi olacaq texnikalardan istifadə edəcəksiniz.

Kimlər faydalana bilər?

* Özünü daha dərindən tanımaq, özü ilə tanış olmaq,
* Həyatına fərqli baxış bucaqlarının gözəlliyini qataraq baxmaq,
* Həyatında yeni bir başlanğıc və ya dəyişiklik etməyi hədəfləyən, necə və haradan başlayacağını dəqiqləşdirmək,
* Həyatın gətirdiyi gözlənilməz sürprizlərin yaratdığı küncə qısılmalar və qarışıqlıq hissindən xilas olmaq,
* Əhəmiyyətli bir qərar vermə mərhələsində olan, gələcəyini öz ehtiyac və istəyi istiqamətində indidən şüurluca planlayıb o istiqamətdə hərəkət etmək istəyən,
* Vizyon və məqsədlərini təyin etmək,
* Daha yaxşı hədəflər təyin etmək və hədəflərinə daha sürətli çatmaq,
* Həyatlarını dəyərləri və prioritetləri ətrafında yerləşdirilmək,
* Maliyyə vəziyyətlərini düzəltmək və gəlirlərini artırmaq,
* Sevdikləri, qənaətbəxş bir həyatı dizayn etmək və yaşamaq,
* Karyeralarında, işlərində fərq yaratmaq,
* Məhsuldar qərarlar almaq və tətbiq addımlarını dizayn etmək,
* Əlaqələrini inkişaf etdirmək,
* Cəmiyyətə töhfə vermək,
* Həyatlarını sadələşdirmək,
* Şəxsi təməllərini möhkəmləndirmək,
* Həyatlarındakı stressi azaltmaq,
* Bir Koçla çalışmağın yaradacağı iş birliyindən faydalanmaq

və daha bir çox mövzuda öz xilaskarı olmağı istəyən hər kəsin özünə ən uyğun həlli tapacağı, birlikdə yaratdıqları insana özəl zövqlü bir prosesdir.

Faydaları nələrdir?

Sahib olub da fərqində belə olmadığınız güclü tərəflərinizi kəşf etməyinizi,
Çatmaq istədiyiniz amma əlçatmaz olduğunu düşünüb araya maneələr qoyduğunuz hədəflərinizlə aranızaa necə körpü qura biləcəyiniz və nəticəyə doğru hərəkət keçməyinizi,
Həyatınızın bütün sahələrinə (iş, karyera, ailə, əlaqə və s.) daha dərindən baxmağınızı və sizi gələcəkdə daha məmnun edəcək bir şəkildə, dəyişməyə ehtiyac duyan sahənizi və ya sahələrinizi yenidən yaratmanıza dəstək olur.
Öz dəyərlərinizi dərindən fərq etməyinizi və bunun sayəsində onları bir kompas kimi istifadə etməyinizə imkan verir. Nəticədə həyat məmnuniyyətiniz artar.
Sizi artıq dəstəkləməyən qəlibləşmiş davranışlarınızı dəyişdirərək, sizin istədiyiniz şəkildə yeni qalıcı davranışlar öyrənməyinizi təmin edər.
Beynin işləmə sistemindən hərəkətlə müsbət ünsiyyət vərdişi qazandırar. Nə istəmədiyinizi deyil, nə istədiyinizə fokuslanmağınızı təmin edər.
Sizi məhdudlaşdıran inanclarınızı fərq etməyinizi və onların sizi gücləndirəcək bir inanca dönüşdürməyinizi təmin edər.
Həyata dair daxili motivasiyanızı artırar və motivasiya yaratma bacarığı yaratmağınızı təmin edər.
Hər görüşdən yeni bir şeylərin məlumatlılığı ilə ayrılarsınız. 
Hansı yaşda olursanız olun, gülümsəyən, özündən razı, həyata coşğuyla bağlı, hədəfləri olan, zamanını səmərəli istifadəedən, nə istədiyini bilən, bu istiqamətdə hərəkətə keçən, ayaqları yerə daha möhkəm basan yeni bir SİZ ilə tanış olar, həyat səyahətinizdə zövqlə irəliləyərsəniz.

Koçluq daxili bir prosesdir, kölgədə qalmış, laqeyd yanaşdığınız tərəflərinizi də, ən çox əmək verdiyiniz işıltılı tərəflərinizi da görməyinizi, kəşf etməyinizi və bunların hamısının siz olduğunuzu mənimsəyərək qucaqlamağınızı təmin edər.

ŞƏRH YAZIN