Müasir dövrün dostu - Yaşam Koçu!

0
1774
Müasir dövrün dostu - Yaşam Koçu!

 "Kiməsə bir şey öyrədə bilməzsiniz, yalnız cavabı öz içində tapmasına köməkçi olarsınız."-  Qalileo belə deyir. Bir Koç kimi... Koç danışanına cavabları öz içində tapmasını, bundan sonra irəliləyə biləcəyini öyrədər. 


"Koçluq Xidməti" arzulanan performansa və həyat məmnuniyyətinə nail olmaq üçün Koç və danışan arasında qurulan planlı bir inkişaf əlaqəsidir. Ən sadə izahatla xəyallarınızı planlara, planlarınızı da həqiqətə çevirməkdir. Koçluq əlaqəsinin məqsədi danışanın öz təyin etdiyi hədəfə Koçun dəstəyi ilə çatması və problemlərinin öhdəsindən tək başına gəlməyi öyrənməsidir.

Koç özünüzü tanımağınıza, kəşf etməyinizə kömək edir. Hədəflərinizi reallaşdırmaq üçün lazım olan vasitələri, dəstəyi, həmçinin müsbət və mənfi vərdişlərinizi fərq etməyinizi təmin edər. Xəyallarınızı gerçəyə çevirəcəyiniz müddəti sizinlə paylaşar. Koç məqsədlərinizə nail olmaq, istədiyiniz həyatı davam etdirmə prosesində sizi hərəkətə keçirən və inkişafın hər mərhələsində zənginliyinizi və potensialınızı ortaya çıxaran, sizi həm məcbur, həm də motivasiya edən insandır.

Bir Koç xoşbəxt həyat bacarığınızı artırmağa, daxili resurslarınıza çatmağa, qaynaqları istənildiyi şəkildə və müddətdə istifadə etməyinizə, etmək istəyib də edə bilmədiyiniz dəyişikliklər və işlər üçün hərəkət planı hazırlamağınıza, sahib olduğunuz dəyərlərlə xoşbəxt olmağınızı təmin edən, yoruldığınızda sizi qətiyyətlə məqsədinizdə tutan yol dostunuzdur.

Koç sizin fərqindəliyinizi yüksəldər. İnsanların içində gizli qalan dahiliyi kəşf edər. Dərin nöqtələrinzə qədər gedər və sizin də görməyiniz üçün güzgü tutur. Ən əhəmiyyətlisi isə, bütün bunları edərkən sizi mühakimə etməz və yönəltməzlər.

Koç fərdlərin şəxsiyyətlərini, duyğularını, qorxularını, o an olmağı seçdikləri hallarını mühakimə etmədən dərinlərindəki cövhəri görərək, səbirlə arxasına gizləndikləri qatlardan incitmədən, məcbur etmədən ən işıltılı halına çatdıran bir ləl-cəvahirat ustasıdır.

ŞƏRH YAZIN