Koçluq Təlimi

0
1958
Koçluq Təlimi

Koçluq nədir ?

Koçluq, insanların və ya təşkilatların, olduqları nöqtə ilə çatmaq istədikləri nöqtə arasındakı məsafəni gələcəyə bağlayan və insanlarla koç arasında qurulan planlı bir inkişaf əlaqəsidir. Koçlar, insanlar üçün nəyin daha yaxşı olduğunu bilsələr də, onlara bir şey öyrətməzlər. Çünki, hər kəs öz həyatının mütəxəssisidir və bütün doğru cavablar insanların özündədir. Koçlar, insanlarda maarifləndirmə apararaq, potensiallarını ortaya çıxarmağa, qaynaqlardan doğru istifadə etməyə və özləri üçün ən doğru olanı tapmağa kömək edirlər. Bunu böyük bir nəzakət ilə edərkən, ən güclü vasitələrdən biri ilə, doğru sualları soruşmaqdır. Doğru sualı soruşa bilmək üçün koçlar, insanların nə dediklərindən çox nə demək istədiklərinə diqqət yetirərlər. Bunu, sahib olduqları yüksək səviyyədə dinləmə məharəti və dinləmə qabiliyyətləri ilə edərlər. 

Koçluqda uyğunlaşma
 
Koçluqda uyğunlaşma olmadan, əsla müvəffəqiyyətli ola bilməzsiniz. Uyğunlaşma olmadan inam, inam olmadan koçluq ola bilməz. Uyğunlaşma olduqdan sonra qarşımızdakı insana istiqamət verə bilərik.
 
Bəs insanlara necə uyğunlaşa bilərik?
 
İnsanlar özlərinə bənzəyənləri sevərlər. Qarşımızdakı insanı anlayaraq ona uyğunlaşa bilərik.
Qarşımızdakı insanla eyni göz məsafəsində olmaq(oturursa oturmaq, ayaqda durmuşsa ayaqda durmaq)
Səs tonumuzu uyğunlaşdırmaq(yüksək səslə danışırsa ,yüksək; alçaq səslə danışırsa, alçaq səslə danışmaq)
Jestlərlə və bədən dilimizlə qarşımızdakına uyğunlaşmaq  
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN