Sirli Pareto Ölkəsi...

0
7102
Sirli Pareto Ölkəsi...

Bir anlıq dayanın və həyatınıza diqqət edin – Evdə qarderobunuzdakı paltarların əsasən neçə faizini istifadə edirsiniz? Sahib olduğunuz dostların neçə faizi sizə daha yaxın və yararlıdır? Yaşadığınız ömrün neçə faizini xoşbəxt  olmaq üçün yaşamısınız? Günlük 24 saatın nə qədəri sizə daha cox fayda verir?. Gəlin bu sualları birlikdə araşdıraq. Dünyada maraqlı bir gərçəklə sizi tanış edəcəm - 80% - 20% nisbəti. 

Bu qanun ilk dəfə İtalyan iqtisadçı Vilfredo Pareto tərəfindən təsbit edilmişdir. Pareto bir gün İtalyan torpaqlarının yüzdə 80% nin əhalinin yüzdə 20% nə məxsus olduğunu ortaya çıxarır və bu nisbətin başqa sahələrdədə mövcud olduğunun fərqinə varır. Pareto baxdığı hər yerdə natarazlıqların olduğunu görərək bu kəşfi “Pareto Ölkəsi” qanunu vəya “80% - 20% nisbəti” qanunu adlandırır. Gəlin bizdə biraz dünya statistikalarına nəzər salaq:
 
•Dünyada yaşayan əhalinin 20% i, dünya sərvətinin 80% nə sahibdir.
•İş dünyasında satılan və istehsal olan malların 20% i, şirkət karlarının 80% ni təşkil edir
•Dünyada avtomobil qəzalarının 80% nə, sürücülərin 20% i səbəb olur.
•Gün ərzində bir alış-veriş mərkəzində satılan malların 80% i, həmin günün müştərilərinin 20%i tərəfindən alınır.
•Hər gün yediyimiz yeməklərin cəmi 20%-i bizim gündəlik yeməyə olan təlabatımızı ödəməyə kifayət edir.Əslində hər zaman 80% - 20% nisbəti tam olaraq rəqəmlərini qorumaz və daha az olan hissə daha cox nəticə verən sahələrində mövcud olduğunu göstərmək olar. 
•Hər il dünyada göstərişə çıxarılan 300 filmdən sadəcə 4-ü (yəni 1.3%- i) bilet satışından əldə edilən gəlirlərin 80%-ni təşkil edir.
 
Bu yuxarıda göstərilən nisbət fərqlərini sizdə öz həyatınızı incələdikdə rahat şəkildə ortaya çıxara bilərsiniz. Çoxlu vaxt sərf etdiyiniz vərdişlərinizin, dostlarınızın, fəaliyyətlərinizin neçə faizi sizə daha yararlı olduğunu siz düşünün. Unutmayınki AZ olan, ÇOX olandan daha ÇOX olur. Ona görədə həyatımızı daha verimli daha faydalı və xoşbəxt etmək üçün doğru olan Azlığı tapa bilməliyik. Bunun üçün isə həyatımızın hər bir sahəsinə diqqətlə baxmalı və ölçməliyik. Artıq vaxtımızı alan vərdişlərimizi, faydasız dostları, israf etdiyimiz xərcləri, cox yeyərək həzm etməyə çalışdığımız artıq yeməkləri, ömrümüzü zay edən artıq yuxularımızı həmçinin bütün buların fərqinə vararaq bizə yük olan artıqlarımızı atmalı, yaşamımızı daha dəyərli və cali doğru dəyişdirməliyik. Xoşbəxtliyinizin 80%-ni yaşam fəaliyyətinizin 20%-dəki səbəblərdə axtarın və bu az olan hissəyə həyatınızda daha çox yer verin. Unutmayın, bir günümüz sadəcə 24 saatdan ibarətdir.
 
Şirin Şərifov
Yaşam Koçu
 

ŞƏRH YAZIN