Lider İnsanlara Necə Təsir Edə Bilər?

0
2588
Lider İnsanlara Necə Təsir Edə Bilər?

ABŞ-ın 33-cü prezidenti olan Harri Truman deyir ki,lider başqalarının etmək istəmədiyi və sevmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamdır.

Eks amerikalı futbolçu və məşqçi olan Vinsent Lombardi isə deyir ki,bir oyunun taktikalarını yalnız quru taxta başında ortaya qoyan məşqçi dəyərsizdir.Dəyərli olanlar oyunçularının içinə girən və onları motivasiya edə biləndir.

Buna görə,lider başqalarını hərəkətləndirə bilən,düşüncə üfüqü geniş,yaxşı bir dizaynerdir.Sözsüz ki,başqalarına liderlik etmək üçün lazımlı şərt təbii və içdən olmaqdır.İnsanları müvəffəqiyyətli bir şəkildə idarə etmək üçün təklif edilən “texnikalar” bəzən işə yaramaya bilər.
Yaxşı bəs,təsirli lider portretini necə yaratmaq olar?Bunu aşağıda qeyd edilən 15 təməl liderlik xüsusiyyətləri ilə tanış olanda biləcəksiniz. 
1. Təsirli Lider əməkdaşlığı və qürur duyğusunu inkişaf etdirər.
2. Təsirli Lider yüksək düzgünlük və dürüstlük standartlarına görə yaşayar.
3. Təsirli Lider məlumatı istəyərək və sevə-sevə paylaşar.
4. Təsirli Lider personalının performansını inkişaf etdirmək üçün təlimatçılıq edər.
5. Təsirli Lider mükəmməllikdə israr edər.
6. Təsirli Lider astları üçün nümunə təşkil edər.
7. Təsirli Lider astlarına məsuliyyət verər.
8. Təsirli Lider cəsarət sahibidir.
9. Təsirli Lider astlarına güvənər.
10. Təsirli Lider qərarlıdır.
11. Təsirli lider zamanında hərəkətə keçə bilən xüsusiyyətinə malikdir.
12. Təsirli Lider zamanını qiymətləndirər.
13. Təsirli Lider əmrindəkilərin sədaqətini qazanar.
14. Təsirli Lider personal mərkəzçidir.
15. Təsirli Lider astlarını dinləyər.

Nəticə olaraq; Lider olmaq demək  “Bundan sonra qrupun bir üzvü olmadığınızı bilmək və bir zamanlar davam etdirdiyiniz və zövq aldığınız qrupsal əlaqələri bitirməyiniz” deməkdir.Məsuliyyət altına girdiyinizdə “Xeyr” deyə bilməli,intizamı təmin edə bilməli və bəzi insanlar tərəfindən xoş qarşılanmayacaq qərarları verə bilməlisiniz.Köhnə yoldaşlarınız tərəfindən rədd edilmə,tez-tez  haqqınızda fikir irəli sürülmə və arxanızdan danışılmaq riskləriylə qarşı-qarşıyasınız.

Zirvədə Yalnızlıq! Əgər bu sizi narahat edirsə,idarə sizə görə olmaya bilər.
Liderlik bütün bunlara dəyərmi? Bu sizin şəxsiyyətinizə və həyatdan gözləntilərinizə bağlıdır.Hər insan xeyrini və zərərini dartaraq bir lider olub,ola bilməyəcəyinə qərar verməlidir.Mənə görə liderlik bunların hamısına,hətta daha da çoxuna dəyər.


Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN