Lider Kimdir?

0
3217
Lider Kimdir?

Cəmiyyətə fayda verəcək dəyişiklikləri idarə etmək üçün məsuliyyət,intuisiya,zəka və biliyə əsaslanan qərar və tətbiqləri daşıyan adama Lider deyilir.
Lideri lider edən xüsusiyyətlər isə belə sıralana bilər:
Lider-əlindəki gücü istifadə imkanına bağlı olaraq ətrafına təsir edən adamdır.Ehtiyac olduqda aldığı çətin qərarların və nəticələrinin arxasında dayanmasını biləndir.
Lider-insanın başqalarından aldığı informasiya ilə bilikli ola bildiyini,ancaq yalnız öz ağlı ilə ağıllı ola bildiyini biləndir.Bu səbəblə ətrafına danışir,ancaq son qərarı həmişə özü verir.Sübhəsiz, bütün məsuliyyəti götürərək.
Lider-əsas prinsip olaraq ətrafında olan fərdlərə natiqlik gücü,sahib olduğu məlumat və vizyonu ilə təsir edib sürükləyən bir quruluşa malikdir.O,insanları dinləyər və anlamaq üçün xüsusi səy sərf edər,ətrafındakı hər kəsin ən yaxşı cəhətlərinin inkişafına imkan verəcək müsbət dəyişiklik və davamlı təlim şəraitləri təmin edər.

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN