Liderlik – kütləni öz ardınca aparmaq bacarığıdır!

0
6152
Liderlik – kütləni öz ardınca aparmaq bacarığıdır!

Liderlərin 3 tipi mövcuddur: rəsmi lider (vəzifə etibarilə lider olan şəxs), qeyri-rəsmi lider (liderliyi vəzifəsindən asılı olmayan şəxs) və xarizmatik lider (liderliyi ruh gücü və şəxsi keyfiyyətləri əsasında formalaşan şəxs).

İnsana lider olmaqda kömək edən şəxsi keyfiyyətlər sırasına sərhədsiz cəsarət, bitməz-tükənməz enerji və istənilən vəziyyətdə müsbət təsir bağışlamaq xüsusiyyəti daxildir. Lakin bütün bu keyfiyyətlərə sahib olmayan insan da lider ola bilər. Yetər ki, liderliyi öyrənmək istəsin.

1) Lider olmaq hər hansı məqsədə nail olmaq üçün zəmin yaratmaq deməkdir. Əgər insan təkbaşına öz məqsədinə nail ola bilmirsə, o zaman o, öz düşüncələrini reallığa çevirmək üçün bir qrup insanın köməyinə ehtiyac duyur.

2) Lider olmaq üçün insan uğur və müvəffəqiyyət qazanacağına inanmalıdır. Özünüz üçün gündəlik nailiyyətlərinizi qeyd etdiyiniz siyahı hazırlayın. Özünüz haqqında daha yüksək fikirdə olmaq istəyirsinizsə, həmin qeydləri hər gün oxuyun.

3) Lider kimi müəyyən təcrübəsi olan insanlarla ünsiyyətdə olmağa və onların ünsiyyət tərzini öyrənməyə çalışın.

4) Ətrafınızda artıq uğurlu həyat qurmağı bacaran insanlar varsa, onlardan həmin uğurun sirlərini sizinlə bölüşmələrini xahiş edin.

5) Kiçik bizneslə məşğul olun. Rəhbər vəzifələrdən birinə yiyələnin və uğurlu iş həyatı qurmaq məqsədi daşıyın. Unutmayın ki, öz işinizə görə yalnız siz məsuliyyət daşıyırsınız.

6) Hər zaman öz təcrübənizi möhkəmləndirməyə və artırmağa çalışın. Treninqlərdə iştirak edin, öz sahənizlə bağlı ədəbiyyat materialları oxuyun.

7) Liderə məxsus üslub və imic yaradın.

- Güzgü qarşısında danışmağı məşq edin, utanmayın, özünüzə məxsus üslub, gülüş tərzi, ünsiyyət tərzi, səs tembri və intonasiya formalaşdırmağa çalışın.

- Öz mənfi və müsbət cəhətlərinizi müəyyən edin və onların üzərində işləyin.

- Ətrafınızda olan liderləri diqqətli şəkildə izləyin. Onların geyiminə və davranışına fikir verin. Ən əsas məqamları özünüz üçün qeyd edin.

- Heç vaxt qazandığınız nailiyyətləri və uğurları unutmayın. Onları daim xatırlamaq üçün “uğur” siyahınızı tərtib edin və hər gün bu siyahını gözdən keçirin.

- Qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün səylərinizi səfərbər edin.

 

ŞƏRH YAZIN