İtv-Nin Sədr Müavinindən Ermənilərə Layiqli Cavab

0
2953
 İtv-Nin Sədr Müavinindən Ermənilərə Layiqli Cavab

 

APA-nın məlumatına görə ötən gecə “Eurovision” mahnı yarışmasında Ermənistan Azərbaycana qarşı təxribata əl atıb.Erməni təmsilçi İveta Mukuçyan qondarma Dağlıq Qarabağın “bayrağ”ını “green room”a bağlanan zamanı dalğalandırmağa başlayıb.

İTV-nin baş direktor müavini Şaiq Məmmədov finala keçən ölkə nümayəndlərinin iştirak etdiyi mətbuat konfransında sözü gedən təxribat barədə danışıb.
 
Şaiq Məmmədov bildirib ki, Ermənistan tərəfi Avropa Yayım Birliyinin (EBU) qaydalarını kobud şəkildə pozub:
 
“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və heç bir dövlət onun müstəqilliyini tanımır. Qondarma “respublika”ya aid olan bir “bayrağ”ın yarışmada dalğalandırılması qurum adına bir ləkədir. İnanıram ki, “Eurovision-2016” komitəsinin bu təxribata qarşı ciddi ölçü götürəcək”.
 
Mətbuat konfransını idarə edən moderator İTV nümayəndəsinin sözü kəsməyə çalışıb. Ancaq Şaiq Məmmədov fikirlərini söyləyərək çıxışına davam edib.
 
Xatırladaq ki, ötən ayın 29-da Avropa Yayım Birliyi müsabiqənin yarımfinal və final mərhələsində "Globen Arena"ya gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.
 
Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.  
 
Lakin daha sonra “Eurovision” Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.
 
 
 
Mənbə : apa.az
 
 

ŞƏRH YAZIN