Ağlamaqla bağlı bilmədikləriniz

0
2696
Ağlamaqla bağlı bilmədikləriniz

 Desəm ki, ağlamaq faydalıdır, inanarsınız? Bəli bəli. Əslində problemlər, dərd və kədərdən ağladığımızda heç ağlımıza gəlməzdi ki, bu həm də bizim xeyrimizədir. Alimlərin apardığı araşdırma ilə sübut olunub ki, ağlamaq insanın həm bədən, həm də ruh sağlamlığı üçün faydalıdır. Adətən ağlayan biri üçün həmişə "ağla içini boşalt , rahatlaşarsan" deyirlər. Əslində bu çox düzgün bir fikirdi, ağlayan insan öz stresini, gərginliyini göz yaşıyla çıxararaq depresiya kimi ruhi xəstəliklərə tutulmur. Ağlamağın faydaları:

 
- Günümüzün ən çox rast gəlinən xətəliklərindən olan stresə ağlamaq çox yaxşı təsir göstərir.

- Ağlamaq həm də xoşbəxtlik hormonu əmələ gəlməsində iştirak edərək stressi yox edir.
 
- Ağlayan adamlarda bəzi tibbi xəstəliklərə də rast gəlinmir.

Belə bir söz vardır "hər şeyi içində çəkməkdən xəstələndi" göz yaşlarınızın sayəsində kədərinizi bayıra çıxararaq bəzi xəstəliklərdən uzaq ola bilərsiniz.

- Kədərli vaxtında ağlayan adamların ürək damarları genişlənir. Ağlamaq ürək xəstəliyinə tutulma riskini azaldır.
 
- Kədərləndiyində ağlayanlar rahatlaşır və gecə rahat yatırlar.
 
- Ağlamaq təzyiqi də normal hala gətirir.
 
- Bəzi insanlar var ki, problemi olduqda ya da kədərli olanda çox yemək yeyərlər. Belə insanlar üçün ağlamağın faydası vardır, ağlamaq iştahı azaldır.
 
- Göz yaşının faydalarından ən başlıcası gözün hüceyrələrini qurumaqdan qoruyur. 
 
Ağlamağın zərərləri isə çox ağlayan insanlarda sinir boşalması əsəb xəstəliyi yarana bilər.

ŞƏRH YAZIN