Sirac Heydərov : Xoşbəxt Olmaq Insanın Öz Əlindədir.

0
1956
Sirac Heydərov : Xoşbəxt Olmaq Insanın Öz Əlindədir.

1. Qadınlar - Qadın beyni eyni zamanda bir neçə iş üzərində diqqəti toplamağa qadirdir.Məsələn: qadınlar eyni zamanda televizor izləyə,yemək bişirə və telefonla danışa bilərlər.   

Kişilər – Kişilərin beyni elə qurulub ki,yalnız bir iş üzərində diqqəti cəmləyə bilirlər.Onlar eyni vaxtda həm televizor izləyə,həm də telefonla danışa bilməzlər.Ya ancaq televizora baxacaqlar,ya da ancaq telefonla danışacaqlar.   

2. Qadınlar bir neçə dili asanlıqla öyrənə bilirlər.Lakin problemləri həll etməyi bacarmırlar. 

Kişilər isə dilləri asanlıqla öyrənə bilməsələr belə,problemlərin həlli yolunu tapmaqda ustadırlar Elə buna görə də üç yaşlı qızın söz ehtiyatı üç yaşlı oğlanla müqayisədə daha zəngindir.   
 
3. Kişilərin beynində analitik proseslərə daha geniş yer ayrılıb.Onlar prosesi asanlıqla təhlil edib həll yolu tapa,hər hansı binanın layihəsini qura bilərlər. 

Lakin qadınlar hər hansı mürəkkəb bir xəritəyə baxsalar,böyük ehtimalla heç nə başa düşə bilməyəcəklər.Onların nəzərində bu xəritə sadəcə kağız üzərində cızma-qara edilmiş xətlərdən ibarətdir.   

4. Kişilər maşını sürətlə sürə bilərlər.Əgər uzaq məsafədə hər hansı bir obyekt görərlərsə,beyiniləri dərhal həmin obyektin (avtobus, maşın və s.) istiqamətini və sürətini müəyyənləşdirir və maşını buna uyğun şəkildə sürürlər.. 

Lakin həmin istiqamət və sürətin müəyyənləşdirilməsinə qadın beyni daha çox vaxt sərf edir.Kişilərin diqqəti yalnız bir iş üzərində cəmləşdirmə xüsusiyyəti sayəsində onlar sadəcə maşın sürməyə diqqəti yönəldirlər.    

5. Kişilər üzbəüz ikən yalan danışdıqda qadınlar bunu asanlıqla başa düşür. 

Qadının fövqəltəbii beyni üz ifadələrini 70%,bədən dilinə 20%,ağızdan çıxan sözlərə isə 10% diqqət yetirir.Kişilərin beynində isə belə bir xüsusiyyət olmadığı üçün qadınların yalanını tuta bilmirlər.   

6. Kişilər cəmiyyətdə mövqe,uğur, böyük işlər görmək istəyirlər. 
 
Qadınlar isə xoşbəxt münasibət,ailə,dostlar və s. arzulayırlar.   
 
7. Qadınlar sevgi münasibətlərində özlərini xoşbəxt hiss etmirlərsə,işə diqqətlərini cəmləməyi bacarmırlar. 
 
Kişilər işdə özlərini xoşbəxt hiss etmirlərsə,sevgi münasibətlərinə diqqət ayıra bilmirlər.   

8. Qadınlar dolayı danışmağı sevirlər. 

Kişilər isə hər şeyi birbaşa deyir.   

9. Qadınlar çox vaxt düşünmədən danışırlar. 

Kişilər isə düşünmədən hərəkət edirlər. 
 
Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN