Bitkilər düşünə bilir

0
2773
Bitkilər düşünə bilir

Bitkilər düşünə bilir


Evlərdə saxladığımız bitkilər düşündüyümüzdən daha ağıllı ola bilər.
 
Alman alimləri hesab edir ki, zirinc bitkisi ona gələcəyi görməkdə və çətin qərarlar qəbul etməkdə yardımçı olan yaddaş strukturuna malikdir. 

Müşahidələrə əsasən, bu bitki sağlam toxumlarla yanaşı, zərərvericilərin yumurtasının kök saldığı zərərli toxumlarının olduğunu da hiss edir. Zirinc bitkisi belə zərərli toxumlardan xilas olmağa çalışır. Məhz bu xüsusiyyət ona yaddaş strukturunun olduğunu sübut edir. 

Gettingen Universitetinin alimləri zirinc bitkisində milçək parazitlərinə yoluxma hallarının digər bitkilərə nisbətən 10 dəfə az olduğunu müəyyən ediblər. Almaniyanın müxtəlif ərazilərində zirinc bitkisinin 200 min giləmeyvəsini toplayan tədqiqatçı-alimlər bitkinin yaddaş mexanizmi sayəsində milçək parazitlərinə yoluxma hallarını minimuma endirdiyini müəyyən ediblər. 

Bundan öncə, “Daily Mail” qəzeti Kaliforniyalı alimlərinin yeni tapıntısı barədə məlumat vermişdi. Alimlər müəyyən etmişdilər ki, bitkilər öz aralarında “danışırlar”və zərərvericilər barədə bir-birini “xəbərdarlıq” edirlər. Belə “xəbərdarlıq” alan bitkilərdə dərhal mexaniki müdafiəyə keçirdilər. 
 

ŞƏRH YAZIN