Bu rənqlərə diqqət edin, çünki ...

0
2139
Bu rənqlərə diqqət edin, çünki ...

Rənglər bizim həyatımızın önəmli parçasıdır. Çünki, vaxtımızın böyük qismini keçirdiyimiz məkanlarda istifadə edilən rənglərin bir qismi insana ilham versə də, bəziləri adamı tənbəlləşdirir. Rənglərin təsirlərini bilməklə gün boyu qarşımıza çıxacaq bəzi problemləri həll edə bilərik.

 

Qırmızı

Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı
rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə
yaradır.

Narıncı
 
Qırmızı kimi həyəcanladıran rəngdir. Canlı rəng olan narıncı mətbəx, uşaq və yemək otağı,
dəhlizlərdə istifadə edilə bilər. Bu rəngdən istifadə məkanlara şənlik, sevinc gətirir.

Sarı
 
Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki
zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha
yaxşıdır.

Yaşıl
 
Bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.

Mavi
 
Sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres
atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.

Bənövşəyi
 
Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir.

 
İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.

ŞƏRH YAZIN