Deyl Karnegi fəlsəfəsi

0
8114
Deyl Karnegi fəlsəfəsi

 Gülümsəyin; elə səmimi və isti olun ki hər sıxdığınız ələ, ruhunuzu da qatın.


Yersiz andlara özünü alışdırma, ən yaxşısı and tələb etməyəcək qədər doğru danış.

Tökülən südə ağlamanın bir faydası yoxdur. Edəcəyimiz şey bundan sonra tökməməkdir.

Mükəmməl Bir Qadın Tapana Qədər Evlənməyən Adamın Allah Köməkçisi Olsun. Əgər Bunu Tapsa, Daha Çox Köməkçisi Olsun.

Başqaları ilə maraqlansan iki ay içində bir çox dostlar qazana bilərsən; başqalarının səninlə maraqlanmasını gözləsən, iki ildə belə tək dost qazana bilməzsən.

Ən təsirli danışma ən qısa olanıdır.

Başqalarına özlərindən bəhs etmə fürsəti verin.

Bunu və ya bunu edə bilməyəcəyəm dəmə, nə edəcəksənsə et!

Anda gərək görməyəcək qədər sözlərinə sadiq ol.

Batan günəş üçün ağlamanın, yenidən doğulduğunda nə edəcəyinizə qərar verin.
 
Bir dosta sahib olmaq istəyirsənsə, əvvəlcə sən bir dost ol.

Bir qadının üzündəki ifadə, daşıdığı geyimlərdən daha əhəmiyyətlidir.
 
Dostluq havası yaratmaq üçün bir gülümsəmə kafidir.

Başqalarını nümunə götürmə, özünü tanı, olduğun kimi görün və buna inan, çünki dünyada sənin kimisi yoxdur.

İnsanlara istədiyinizi etdirmənin tək bir yolu vardır. Bəli ,yalnız tək bir yol. Qarşımızdakı adamda işi etmə istəyini oyandırmaq.

Özünü başqa bir adamım mövqenə qoya bilən və başının necə işlədiyini qavrayan bir kimsə, gələcəyin özü üçün nə saxladığını maraqlanmaqdan xilas olar.

Elmini çoxaltmaq istəyirsənsə bağışlayıcı ol.

Haqsız tənqid əksəriyyətlə forma dəyişdirmiş tərifdir.

Çənəni işlətmədən əvvəl, başın mühərriklərinin işlədib işləmədiyini nəzarət et!

İnsan zəkanın qarşısında hörmətlə əyilər, amma yaxşı davranış və şəfqətin qarşısında diz çökər.

Allahın belə insanlar haqqındakı hökmünü ömürləri sona çatdıqdan sonra verdiyinə inanarkən... biz kim oluruq da insanları bir neçə dəfə görmək, iki-üç yazı oxumaq, bir neçə dedi-qodu dinləməklə mühakimə etmə haqqına sahib ola bilirik!

ŞƏRH YAZIN