Dostluq Nədir???

0
1882
Dostluq Nədir???

Bu həyatda hər kəsin dost dedikləri mütləq var, istisnaları saymasaq. Bəs dostluğun, qardaşlığın şərtləri barədə hamı bilirmi? Şərtlər 4-dür!

1. Dost olunacaq kəsin ağıllı olması və yaltaq olmamasıdır.

2. Dost əldə edəcəyi kimsə günahları tərk edənlərdən olsun. Çünki günahları tərk edə bilməyən, dünyada dərd, axirətdə günahdır. "İnsan sevdiyi kimsəylədir." Günahları tərk etməyən yoldaş günahını sənə bulaşdırar.

3. Ağıllı və doğru olmalıdır. Sözündə doğru olmayanın sözü, qınama, axmağın söhbəti isə boşluqdur.

4. Xeyiri bilir xeyirə yol göstərər, şəri bilir şərdən çəkinər kimsəylə yoldaş ol. Gözəl əxlaqlılarla söhbət həmişə xeyirli, çirkin əxlaqlı ilə söhbət isə şərdir. Xeyirlinin əlaməti, səni bəyənməsidir. Şərlilərin əlaməti isə səni təhqir etməsidir. Hədisi-şərifdə: "Həddindən artıq sevgi gözləri (ayıblardan) bağlayar." buyurulmuşdur.

Dostluğun faydaları da dörddür:

1. Din və dünyada yardımlaşma,

2. Zəkanı artırma,

3. Pisliyi tərk etdirmə,

4. Vaxt keçirməkdir.

"Dostunu sevdiyində ola bilsin ki, ondan incinərsən deyə ölçülü sev. Nifrət etdiyinlə də yenə təmkinli ol, ola bilsin ki, dost olarsan."

Yeddi adamla dostluq zərərlidir:

1. Günahından imtina etməyən,

2. Qeybət, xəbər dolaşdırmağa mübtəla olan,

3. Qınayıcı, tənqidçi,

4. Sirr və ayıbları saxlamayan,

5. Elmiylə əməl. etməyən,

6. Səndən yeyib də sənə yedirməyən. (Kasıbsa istisna)

7. Ehtiras və həsəd sahibiylə yoldaşlıq edilə bilməz. Çünki ehtiras və həsəd səhih, daim insanı axirətin savablarından saxlayar. Ayət-i kərimədə belə fərman buyurulmuşdur: 

"Dostlar (dünyada günah işləmə üzərinə əhbablaşanlar) o (qiyamət) gün (ü) bir-birinə düşməndir, Təqva səhih (Allah yolunda Onun Taət üzərində dost olanlar) müstəsna. (Çünki onlar sadiq dostları və dostluqları əbədidir.) Ey Mənim ayələrimə iman gətirib müsəlman olan bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur. Siz qəmli də olmayacaqsınız. "
 
İzahı: Cənab-ı Haqq bu ayət-i kərimədə bizləri böyük bir vəzifəyə təşviq etməkdədir. Dostlar bir-birinə düşməndir, təqvada dostlaşanlar müstəsna. Təqva sahibləri olan dostlar axirətdə bir-birini axtararlar. Və bir-birinə şəfaət edərlər. Şər üzərində birləşənlər isə cəhənnəmin qapılarında bir-birləriylə çəkişərlər.
 
Bir hədisi-şərif tərcüməsi: "Özünüzə qardaşları çoxaldın. Çünki Allah bir mömini digər din qardaşları arasında əzablandırmaqdan xoşlanmaz."

İzahı: Dostuna günahı tərk etdirəcək, əmrləri etdirəcək, həqiqi dost və qardaşdır. Bunun xaricində yoldaşların hamısı, ilanlar, əqrəblərdir. Kimisi ilan kimi dişləyər, zəhərlər. Kimisi it kimi hürər, tənqid edər. Kimisi qurd kimi səni yeyər. Kimisi pələng kimi səni parçalayar. Kimisi qarğa kimi ətini yeyər, qeybət edər. Kimisi də milçək kimi sənə əziyyət verər. Ona görə yoldaş axtar. Hər kim qardaşının eyibini gizləməzsə, qardaş ola bilməz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN