Dünya Şöhrətli İnsanların Bacarıqsızlıqları

0
10920
Dünya Şöhrətli İnsanların Bacarıqsızlıqları

Kimin ağlına gələrdi ki, dahi insanların da bacarmadığı işlər ola bilər. Bəli, tarixdə belə hallar mövcud olub. Bütün dünyada məşhur olan on "bacarıqsız" dahinin siyahısını təqdim edirik:

1. Tomas Edison dörd aylıq təhsildən sonra məktəbdən uzaqlaşdırılıb. Müəllimi onun barəsində danışarkən "ağılda geri qalan uşaq" ifadəsini işlədirdi.

2. Darvin tibb təhsilini yarımçıq qoyub və onun atası həmişə buna görə onu qınayaraq "sənin üçün kəsəyən və itləri ovlamaqdan başqa heç nə maraqlı deyil" – deyərdi.

3. Uolt Disney isə ideya çatışmazlığı səbəbi ilə işlədiyi qəzetdən uzaqlaşdırılmışdı.

4. Məşhur Bethovenin müəllimi, onu tam qabiliyyətsiz şagird sayırdı.

5. Eynşteyn 4 yaşına qədər danışmağı bacarmayıb. Müəllimi onun xasiyyətnaməsində "ağılda geri qalıb" ifadəsini yazmışdı.

6. Dahi heykəltəraş Rodenin atası "Mənim oğlum səfehdir. O, üç dəfə incəsənət məktəbinə daxil olmağa cəhd göstərib, lakin buna qabiliyyəti çatmayıb" – deyərdi.

7. İmperator Ferdinand Motsarta onun "Fiqaronun toyu" operasında "həddən artıq not və çox az səs" olduğunu irad tutmuşdu.

8. Mendeleyev kimya fənnindən 3 qiyməti alardı.

9. "Ford" avtomobilinin yaradıcısı Henri Ford demək olar ki, nə yazmağı, nə də oxumağı bacarırdı. Maliyyə uğuru qazanana qədər o, bir neçə dəfə özünü müflis elan etmişdi.

10. Markoni radio haqqında fikirlərini bölüşdükdən və sözlərin hava vasitəsilə ötürüləcəyini dedikdən sonra dostları onu dəli hesab edib psixiatora aparmışdılar. Lakin bir müddət sonra məhz radioqəzaya uğrayan çox sayda dənizçinin həyatını xilas etmişdi.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN