Avropa Komissiyasının sosial xidmətinin hesablamalarına görə təxminən 68% avropa vətəndaşı keçən il ərzində ən azı bir kitab oxuyub. Kitab oxuyanlar arasında İsveç (90%), Niderland (86%), həmçinin Danimarka (82%) vətəndaşları qabaqcıl yerləri bölüşdürür. Sonuncu yerləri isə rumınlarla (51%) yunanlar (50%) tutur. Avropada elektron kitablardan istifadə edənlər barədə isə dəqiq məlumat yoxdur. Lakin sorğu iştirakçılarının 27%-nin internet vasitəsilə kitab, kompakt-disk, mədəniyyət tədbirlərinə bilet aldıqları məlumdur. Bildirək ki, Almaniyanın 44%, Fransanın 31% və Böyük Britaniyanın 30% vətəndaşı internet vasitəsilə disk və kitab alır. Maraqlısı budur ki, avropalıların 31%-i kitabxanaya gedir. Əsas səbəb kimi isə onlar evdə kitab oxumaq üçün vaxtın olmadığını göstərirlər.
Korrektə etdi: Hürü Mustafayeva