Fərəh Pəhləvi

0
9439
Fərəh Pəhləvi

Fərəh Pəhləvi etnik azəybaycanlı qadın olub. O, İran şahı Məhəmməd şah Riza Pəhləvinin rəsmi olaraq “tacqoyma” mərasimi ilə şahbanu (imperatriçə) elan olunmuş yeganə həyat yoldaşı olub.

Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. 
 
Fərəh hal-hazırda yaşayan və siyasi fəaliyyətlə məşğul olan tanınmış və yeganə azərbaycanlı qadınlardan biridir. O, hələ şahbanu olanadək, habelə, şahbanu (imperatriçə) elan edildikdən sonra belə asudə vaxtlarını incəsənətə həsr edib. Çox yüksək təhsilli, ziyalı, istedadlı bir qadın olmaqla bərabər, azərbaycan və fars dillərindən əlavə, ingilis, fransız, alman dillərində də sərbəst şəkildə danışır.
 
Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Fərəh məktəb illərində idmanla məşğul olmuş, hətta basketbol komandasının kapitanı seçilir. O hətta, Jaklin Kennedi ilə bərabər tutulur, bəziləri isə Fərəhi, hətta Jaklindən üstün hesab edirdilər.
 
Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959 -cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur. Amma onların tanışlığının başqa bir versiyası da mövcuddur — Tehranda iki dəfə yüzlərlə gənc xanımın iştirak etdiyi xüsusi idman paradı təşkil olunmuşdu. Birinci parad zamanı Məhəmməd şah seçim edə bilməmiş və parad yenidən keçirilmişdi. Şah Fərəhə işarə etmişdi. 21 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutmuşdu.
 
1972-ci ildə Fərəh Pəhləvi Azərbaycan SSR-ə dəvət olunmuş və çox təmtəraqlı surətdə qarşılanmışdır.
 
1979-cu ildə İslam İnqilabından sonra şah ailəsi və yaxınları ilə Misirdə sığınacaq tapırlar. Bundan sonra isə kral II Həsənin dəvətilə Mərakeşdə məskunlaşırlar. Dul qaldıqdan sonra Fərəh Pəhləvi ABŞ hökumətinin dəvətilə Amerikaya yollanır, orada məşkunlaşır.
 
Fərəh Pəhləvinin 4 övladı olub: Rza Pəhləvi, Fərəhnaz Pəhləvi, Əlirza Pəhləvi, Leyla Pəhləvi. Kiçik qızı Leyla məşhur italyan dizayneri Valentinonun ən yaxşı modellərindən idi. Onun model biznesindəki fəaliyyəti anoreksiyaya (həddindən artıq arıqlama) və depressiyaya gətirib çıxarmışdı. Leyla ABŞ və Böyük Britaniyanın bir çox klinikalarında müalicə qəbul edirdi. 2001-ci ildə (31 yaşında) həddindən artıq dərman qəbulundan London otellərinin birində dünyasını dəyişmişdi. 
 
2011-ci il yanvarın 4-də Fərəhin ikinci oğlu Əli Rza Pəhləvi evində ölü tapılır. Onun ölüm səbəbi kimi bacısının intiharından indiyə kimi özünə gələ bilməməsi və intihar etməsi göstərilir. 
 
2003-cü ildə Fərəh Pəhləvinin “ Mənim şahla həyatım” adlı xatirələr kitabı beynəlxalq bestellerə çevrilmişdir.
 
Hazırda Fərəh Pəhləvi Parisdə və Vaşinqtonda yaşayır. İran emiqrantlarının bir hissəsi onu "şah" adlandırır. İranın birinci və yeganə imperatriçəsidir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN