Heç bilirdinizmi, ....?

0
7383
Heç bilirdinizmi, ....?

Sizə dünyanın ən qəribə faktlarını təqdim edirik. Bu faktlar qəribə olduğu qədər də, maraqlıdır! Gəlin tanış olaq.

* Aşiq olmaq istəyi acmaq kimi bioloji bir ehtiyacdır. Yəni sevgiyə də aca bilərsiniz.

* İnsanlar orta hesabla 6 dəfə gecə yuxusundan oyanırlar.

* Corc Buş ən çox sevdiyi uşaqlıq kitabının “Ac tırtıl” olduğunu deyib. Amma bu kitab Buş 20 yaşına çatanda satışa çıxarılıb.

* Çin qadınların kişilərə nisbətən daha çox intihar elədiyi yeganə ölkədir.

* Kərtənkələlər aseksualdır. Buna baxmayaraq bir-birlərinə sürtünərək orqazm olurlar.

* Bil Qeyts arvadına və uşaqlarına “Apple” məhsullarını istifadə etməyi qadağan edib.

* Facebookun yaradıcısı Mark Zukerberq ancaq özünün kəsdiyi heyvanların ətini yeyir.

* Bütün dünya eyni anda nəşə çəkərsə, ən azı 2 saatlıq bütün dünyada sülh olar.

* Sevildiyini hiss etməyin verdiyi həzz ilə kokainin verdiyi həzz beynin eyni bölgəsini qıcıqlandırır.

* Nyu-Yorkda ev satarkən, evdə ruhların olub-olmadığını müştəriyə söyləmək qanuni məcburiyyətdir.

* Dünyanın ən uzun öpüşmək rekordu 31 saat 30 dəqiqə 30 saniyədir. (2005-ci il)

* Britaniyada bir tibb jurnalının apardığı araşdırmalara görə çox sekslə məşğul olanlar daha uzunömürlü olurlar.

* Çox şiddətli və alovlu öpüşmədən sonra qulaq pərdəsi partlaya və siz kar ola bilərsiniz.

* Bütün hissi əzablar ən çox 12 dəqiqə çəkir. Qalanını isə insan özü uydurur.

* Ayağa duranda başı gicəllənən insanların ürək infarktı keçirmək riski daha yüksəkdir.

* Çərpələng uçurmaq Taylandda peşəkar bir idman növüdür.

* Araşdırmalara görə qadınlar üçün qarşı cins tərəfindən bəyənilmək seks qədər vacib şeydir. Kişilərin isə bu, o qədər də vecinə deyil.

* İnsanlar gündə orta hesabla 40-100 arasında saç teli itirir.

* Müasir qadınlar orta hesabla həyatının 2.5 ilini gözəllik salonunda keçirir.

* Qatıq yemək ciyərlərinizi təmizləyərək spirt və siqaretin verdiyi zərərləri azaldır.

ŞƏRH YAZIN