Hörümçək Toru

0
3549
Hörümçək Toru

Təbiət yenə də öz heyrətləri ilə bizi düşündürməyə davam edir. Son illərdə bizi heyrətlər içərisində buraxan gerçəklərdən biri də hörümçək torunun dünyanın ən dayanıqlı maddələrindən biri olduğunu öyrənməmiz oldu.

Hörümçək toru həqiqətən hər cəhəti ilə möhtəşəm xüsusiyyətlərə malikdir. Bəzən bir peyğəmbəri təhlükədən qorumaq üçün, bəzən isə bir ov vəsaitidir. Hörümçəklər digər böcəklərdən fərqli olaraq səkkiz ayaq və səkkiz gözə sahibdirlər. Böyümə mərhələsində bir qıç qırılsa yerinə yenisi gələ bilər. Bədənləri iki parça olub arxa qisimindəki bezlərdən şəbəkə istehsalı başlayar, buradakı çox incə dəliklərdən maye və damlalar halında verilən şəbəkə vəsaiti çölə çıxar çıxmaz donar.
 
Təbiətdə bir neçə böcək ipək yaradır amma hörümçəyin yaratdığı ipək digərlərindən fərqlənir. Hörümçək toru yer üzündəki ən möhkəm vəsaitlərdən biridir. Hörümçəklər yuvalarını qorumaq məqsədiylə ətraflarına geniş şəbəkələr hörərlər. Bəzən su kənarlarında balıq ovlamaq üçün, bəzən də ilan, böcək və.s. ovlamaq üçün qurarlar. Hörümçəklərin quyruqlarında altı hissədən ibarət olan və ipək kisəsi deyilən bir bölgə vardır. Kisələrin hər birində fərqli sekresiyalar mövcuddur. Bu kisələrin sekresiyaları dəyişik kombinasiyalarda birləşərək fərqli növdəki ipək ipliklərini meydana gətirir. Kisələr arasında isə böyük bir uyğunlaşma vardır. Və bu uyğunlaşma ipəyin yaranmasını təmin edir. Elm adamlarının səfərbər olub araşdırdıqları hörümçək ipliyi 380 milyon ildən bəri hörümçək tərəfindən qüsursuzca hörülməkdədir.
 
Hörümçəklərin çıxardıqları ipəklər fövqəladə xüsusiyyətlərə sahib quruluş vəsaitləridir. Gərilmə elastiklikləri çox olduğundan hörümçək ipəyini qoparmaq üçün lazım olan enerji bənzər digər bioloji materialları qoparmaq üçün lazım olan enerjidən on qat daha çoxdur.
 
Hər hörümçək fərqli funksiyalar üçün fərqli xüsusiyyətlərə sahib şəbəkələr hörərlər. Diatematus adlı hörümçək qarınındakı sekresiya bezlərini istifadə edərək yeddi fərqli tipdə ipək çıxara bilir. Bu istehsal (şəbəkə) metodunun bənzərləri hal-hazırda bir çox tekstil maşınında istifadə edilməkdədir. Hörümçəyin bir başqa üstünlüyü isə çıxardığı ipliyin tamamilə geri çevrilməli olmasıdır. Hörümçək pozulan şəbəkəsini yeyərək yenidən iplikçik çıxara bilər.
 
Hörümçəyin çıxardığı ipi parçalamaq, eyni qalınlıqdakı neylon bir ipi parçalamaqdan daha çox güc sərf edir. Hörümçəyin belə möhkəm bir iplik çıxara bilməsinin başlıca səbəblərindən biri, təməl zülal komponentlərinin kristallaşmasıdır. Hörgü zamanı hörümçəklər minimum güc sərf edirlər. Hörümçək ipəyinin yenidən işlənib təkrar təkrar istifadə edilməsi də mümkündür.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN