Bir çox hərəkətimiz, gözümüzün rəngi, əlimizin quruluşu kimi çəkdiyimiz imza da bizim xarakterimiz haqqında danışa bilir.
İmza uzun olarsa, o insan səbirlidir.
İmza qısadırsa, o insan məntiqini yaxşı istifadə edir.
İmza kəskindirsə, o insan zarafatcıl, qəti fikirli, dilini qılınc kimi istifadə edən və dilinin bəlasına düşəcək insandır.
İmza düzgündürsə, o insan düzgün xarakterə sahibdir. Yaxşı əxlaqlı və uyğunlaşan insandır.
İmzada yuvarlaqlıq varsa, o insanda liderlik xüsusiyyəti və qabiliyyəti var.
İmzada geri qayıdılıbsa, o insanın yaddaşı güclüdür.
İmza şəkil kimi çəkilibsə, o insan incəsənətə meyillidir.
İmza qısa və necə gəldidirsə, o insan əhli kefdir.
İmzanın başı böyük hərflədirsə və göstərişlə başlayırsa, başda özünü yaxşı və ideal kimi göstərən insandır.
İmzanın sonu böyük hərflə bitirsə, başladığı işi bitirən insandır.
İmzanın baş hərfindən sonra gələnlər incədirsə, o insan kövrək, incə xasiyyətlidir, əgər qalındırsa, o insan kobuddur... Kövrək deyildir.
İmzanın sonundan qabağa və ya yuxarı doğru incə cızıqlar gedirsə, o insanın böyük hədəfləri var.
Aşağı doğru çəkilirsə, o insan qapalı insandır və bədbindir.
İmza sağ tərəfə əyilirsə, o insan sosial, diplomat; sola tərəfdirsə, anti-sosial insandır...
Korrektor:Əhmədova Sevinc