İşgüzar Xanımların Stili

0
2795
İşgüzar Xanımların Stili

İş qadını olmaq hər zaman çətin olub. Təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. xüsusi önəm daşıyır. Hələ bütün bunlarla yanaşı, gözəl görünməyi də bacarmalıdır. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləyib. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirə bilərsiniz.

İşə getməyə hazırlaşanda xarici görkəmini qaydaya salmaq üçün ən aşağısı 15 dəqiqə vaxt sərf etməli olursanmı?

Hər gün sırğa gəzdirməyi xoşlayırsanmı?

Hər ay yarımdan bir bərbərxanaya gedirsənmi?

Dırnağını boyamaq üçün müxtəlif rəngli boyalardan istifadə edərkən onu pomadaya uyğun seçirsənmi?

Saçın hər gün onlara qulluq etmək üçün 15 dəqiqə vaxt aparırmı?

Нər həftə manikür edirsənmi?

Əgər oturanda yubka qalxırsa neyləməli?

İşə getməyə hazırlaşarkən mütləq makyaj edirsənmi?

Gün ərzində makyajını səhmana salırsanmı?

Gözəyarı kolqotkanın 20 və ya 40 den olmasını müəyyənləşdirə bilərsənmi?

Sənin qarderobunda tünd-göy və boz rəngli şeylər çoxdurmu?

Hər dəfə kəmər gəzdirirsənmi?

İş yubkasının uzunluğunu təyin etmisənmi?

Bilirsənmi, hansı geyim stili sənin sifət quruluşuna uyğundur?

Yayda qısaqollu köynəkdə gəzməyi xoşlayırsanmı?

Ucaboy görünmək üçün hündürdabanlı ayaqqabılardan istifadə edirsənmi?

İşdən sonra ayaqqabılarını çıxararkən onlara xüsusi qəliblər qoyursanmı?

Vacib görüşlər olan gün həmişəkindən fərqli olaraq nə isə qeyri-adi geyinirsənmi?

Sənin qarderobunda işgüzar gecələrə getmək üçün xüsusi kostyumun varmı?

Sənin sosial və maliyyə imkanların ayaqqabı, çanta və saatının keyfiyyətinə cavab verirmi?

YOX. Tələsik olunmuş makyajın karyera üçün o qədər də əhəmiyyəti yox­dur. Cazibədar görünmək üçün makyaj və saç düzümünə 15-20 dəqiqə, geyim və aksesuarlara da bir о qədər vaxt tələb olunur. Yekunda bu da ya­rım saata qədər alınır.

Qadın üçün sırğa, kişi üçün qalstuk kimi bir şeydir ki, bu da işgüzar geyim formasında az rol oynamır.

Əgər səkkiz aya qədər saçını kəsdirmirsənsə, onlar öz formasını itirir.

Dırnaqlar üçün müxtəlif rənglər məqsədəuyğundur, amma çalış ki, çox da gərəksizlərdən istifadə etməyəsən.

Нər gün 10 dəqiqədən çox vaxt sərf olunan saç düzümü adətən işləməyən qadınlara aiddir.

Əllərə qayğı sənin özünə münasibətini bildirir.

Əgər oturanda yubka qalxırsa, onu işə geyinmək olmaz.

Gündəlik makyajdan istifadə edən qadın qulluqda tez yüksəlir. Makyajsız qadın solğun və yorğun görünür.

Səhər-səhər çəkilmiş makyajı günorta «təzələmək» lazımdır.

Əgər kolqotka və ya corabı düzgün seçməmisinizsə, bu sizin ümumi görkəminizi poza bilər. Həmişə corabı qış və yay qarderobuna uyğun seçmək lazımdır.

Neytral rənglər işgüzar qarderobun əsasını təşkil edir, amma sənin xarici görünüşün cansıxıcı olmamalıdır.

Gözəl və yaraşıqlı kəmər sənin gözəlliyini artırır.

Öz qarderobunun çatışmamazlıqları haqqında fıkirləş. Yubka uzun və qısalığından asılı olmayaraq bu çatışmamazlıqları aradan qaldırır. Ağına-bozuna baxma, nə uyğun gəlirsə, onu da seçə bilərsən.

Ofisdə adətən dirsəyə kimi bağlı geyinirlər, vacib görüşlər üçün isə is­ti olmasına baxmayaraq, jaket seçmək lazımdır.

Hündür dabanlı ayaqqabılarda qadınlar özlərinə arxayın olmurlar. Əgər ucaboylu deyilsənsə, təqribən orta, əgər ayaqqabılar mənzildə hara gəldi atılırsa, hesab et ki, onlara verilən pullar havaya uçur. Çalış onlara ehtiyatla yanaşasan.

Əlbəttə ki, «xüsusi» görüşlərdə bacardıqca gözəl görünmək vacibdir. Həmişə buna hazır olmalısan, hətta yüksək rütbəli şəxslərlə gözlənilməz görüşdə belə buna fikir vermək lazımdır.

Bu diqqətə layiqdir, amma istər axşam, istərsə gündüz cazibədar olmaq üçün zövqlə geyinməyə çalış.

Nə qədər bahalı kostyum alsanız belə, tufli üçün də pul saxla. Çünki sə­nin zövqünü məhz ayaqqabı və aksesuarlarına görə təyin edirlər. Ona görə də həmişə onların bahalısını almaq lazımdır.

— Əgər 15-dən 20-yə kimi xal toplaya bilmisənsə, sənin imicin tam qaydasındadır. Yadda saxla: sən həmişə və hər yer­də yaxşı təəssürat yaratmalısan. Bunlara fikir vermək lazımdır.

— Əgər 10-dan 14-ə kimi xalın varsa, sənin imicin potensial im­kanlara cavab vermir və bu da xidmətdə tez yüksəlməyə imkan yaratmır. Kosmetika və qarderobu yenidən nəzərdən keçirmək vaxtı gəlib çatmışdır.

— 9 xaldan aşağı yığılıbsa, imicin karyerana zərər gətirir. Sən başa düşmürsən ki, bu rəhbərlikdə xoşagəlməz təəssürat ya­radır. Bacarıqsız, səriştəsiz olan digər əməkdaşlar isə karyerada səni ötüb keçirlər. Situasiyanı nəzarətə götürmək vaxtıdır. Tezliklə şahidi olacaqsan ki, düzgün işgüzar imic asanlıqla əldə olunmur və eyni zamanda ətrafdakılar onu yüksək qiymətləndirir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN