Fransanın cənubunda yerləşən Pont Saint Esprit kəndində, 1951-ci il avqustun 16-sı səhər tezdən çox qəribə hadisə baş verdi. Yuxudan ayılan kənd əhalisi 1-2 saat içində dəli olmağa başladı. İnsanlar polisə tez-tez əjdaha gördüklərini, həmin əjdahanın onlara hücüm çəkdiyini söyləyirdilər.
Həmin gün bir nəfər “mən təyyarəyəm” deyərək, özünü ikinci mərtəbədən atdı. Qaçaraq həkimə gələn biri isə: "Həkim, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın" – deyə yalvardı.
Küçələr dəli olan insanlarla dolu idi. Bu qəribə hadisə 5 nəfərin ölümü, 300 nəfərin yaralanması, 50 nəfərin isə dəlixanaya düşməsi ilə nəticələndi. Fransa tarixinə bu gün “lənətlənmiş çörək” adı ilə düşdü. Mütəxəssislər səbəb kimi, çörəyə qarışmış göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər.
Korrektor:Əhmədova Sevinc