Limonun gizli qalan faydaları ...

0
4003
Limonun gizli qalan faydaları ...

 Sən demə limon min bir dərdin dərmanı imiş. Limonun gizli qalan faydaları üzə çıxdı. Gəlin siz də limonun yeni faydaları ilə tanış olun.


Dırnaqlara parlaqlıq qazandırar...
 
İsti havalarda dırnaqlarınızı 10 dəqiqə boyunca limon suyunda vanna edin. Əllərinizi limon suyuyla sabunlayırmış kimi ovuşturun. Ağ sirkə, isti su qarışığı ilə fırçalayın. Daha sonra əllərinizi yaxşıca durulayın.

Dəridə yaranan ləkələri yox edər...
 
Yatmazdan əvvəl limon suyu ilə əllərinizi və üzünüzü yaxşıca ovuşdurun. Səhər ilıq suyla əllərinizi və üzünüzü durulayın. Qara, qəhvərəngi ləkələrin itməsi üçün bu əməliyyatı nizamlı olaraq hər axşam etməniz tövsiyə edilir.

Limonu qoltuğaltına çəkən zaman əsla tərlətməz.Suyu sıxılmış limonu dirsəklərinizə yerləşdirin və 5 dəqiqə masaj edib götürün.Sonra yerinə zeytun yağıyla masaj edin.Dirsəkləriniz daha yumşaq olacaqdır.

Saçlarınızı gücləndirər...
 
Tökülən və cansızlaşan saçlarınızı yenidən canlandırmaq və parlaqlıq qazandırmaq üçün 3/4 fincan zeytun yağı, 1/2 fincan bal və aşağı yuxarı 3 yemək qaşığı limon suyunu qarışdırın. Saçlarınızı suyla durulayın, dəsmalla qurulayın və daha sonra az bir qarışığı darayaraq saçlarınıza çəkin. Daha sonra saçlarınızı yarım saat plastik papaq ilə sarın və gözləyin. Daha sonra şampunla yuyub və durulayın, parlaqlığı görəcəksiniz.

Gözə dəyən sarılıq yaradar...
 
Bütün saç boyalarına və ağlarına alternativ olaraq 1/4 fincan limon və 3/4 su ilə saçınızı durulayın. Limonun saç rənginizi təbii olaraq açması üçün bir az günəşdə gözləyin.

ŞƏRH YAZIN