Napaleon Deyərdi Ki...

0
12079
Napaleon Deyərdi Ki...

*Zəfər ancaq ona inananlarındır.

* İnsanları yüksəldən iki böyük xüsusiyyət var: Kişinin mərd, qadının namuslu olması. 
 
*Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Nəhayət bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım.
 
*Hər işdə müvəffəqiyyətli oldum, çünki bunu istəyirdim. Heç bir zaman tərəddüd etmədim. Bu da mənə digər insanlara nisbətdə üstünlük təmin etdi.
 
*Əslində böyük bir sual yerində dayanmaqdadır: Kim dünyanı əlində tutacaq.
 
*Bir insan haqqları üçün deyil, mənfəətləri üçün daha böyük bir döyüş verər.
 
*Döyüşərək ölmək qəhrəmanların, intihar etmək qorxaqların imtiyazıdır.
 
*Döyüşərkən ölənləri qəhrəman edən, ölümləri deyil, ölümlərinin səbəbləridir.
 
*Əmr vermək qədər asan bir şey yoxdur. Əhəmiyyətli olan, verilən əmrin yerinə yetirilməsini təmin edə bilməkdir.
 
*Böyük hərəkətlər heç bir zaman təsadüfən və taleyin əsəri deyil, hər vaxt tərtib işidir.
 
*Hər şeyi danışa bilən insanlar, hər şeyin üstündən gələ bilər.

*Gözəl bir qadın gözə, yaxşı bir qadın da ürəyə xoş görünər. Birincisi brilyant, ikincisi də xəzinədir.
 
*Hər kəsə qulaq asaram, amma öz doğru bildiyimi edərəm.
 
*Axmaqlar keçmişdən, ağıllılar indiki zamandan, dəlilər də gələcəkdən bəhs edərlər.
 
*Səninlə eyni fikirdə olmadıqlarını söyləyənlərdən qorxma, səninlə eyni fikirdə olmayıb, bunu söyləyəcək cəsarəti olmayanlardan qorx.
 
*Bir cəmiyyətin inkişafını görmək üçün əvvəl o cəmiyyətdəki qadınlara baxın.
 
*İki şey dünyaya hökm edər: biri qılınc, digəri düşüncə. Qılınc, düşüncəyə məğlub olar.
 
*Sizin zadəganlığınız sizinlə birlikdə torpaq olacaq, ancaq mənim zadəganlığım mənimlə birlikdə başlayır.

*Çirkli paltarlar ailə içində yuyulmalıdır.
 
*Məni sevmənizi deyil, mənə canla başla xidmət etmənizi istəyirəm.
 
*Qazandıqlarımın hamısını cəsarətimə və çalışqanlığıma borcluyam.
 
*Bir tək düşmənlə tez-tez döyüşməməlisən, yoxsa ona bütün döyüş sənətini öyrədərsən.
 
*İtirdiyimiz hər saat, düşmən üçün qazancdır.
 
*İnsanın dostu yoxdur, səadətin dostu vardır.
 
*İnsanın özünün deyil yaxşı günlərinin dostları vardır.
 
*Əxlaqsız insan bacara bilməyəcəyi işi boynuna götürən insandır.
 
*Bir dövlət adamının ürəyi başında olmalıdır.
 
*Bir dövlətin siyasəti, coğrafiyasında gizlidir.
 
*Qeyri-mümkünlük tək axmaqların lüğətində olan bir sözdür.
 
*Yaşadığım müddətcə işləyərəm, işləyə bilmədiyim an isə ölmüş sayılaram.
 
*Yaşayaraq öyrənmək, əvəzi ən yüksək öyrənmə formasıdır.
 
*Mümkün olduğu qədər çox düşün, düşündüyünü də həmişə et.
 
*Diplomat yaxşı geyinmiş bir polis qüvvəsidir.
 
*Ən böyük təhlükə zəfərin eşiyində dayanar.
 
*Həyata olan bağlılıq kəsildikcə ölüm gəlir.
 
*Böyük fəlakətlər böyük insanların oxuduğu məktəbdir.
 
*Müvəffəqiyyətlərim gəncliyimdəki xəyallarımın məhsuludur.
 
*İnsan heç bir zaman hara getdiyini bilmədiyi zamanki qədər yüksələ bilməz.
 
*Ən qısa yol bilinən yoldur.
 
*Ən gözəl döyüş, insanın öz varlığı və ehtiraslarına qarşı döyüşüdür
 
*Mənə yaxşı analar verin, sizə yaxşı vətəndaşlar verim.
 
*Əsgərlər! Tarix sizə baxır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN