Nəyə görə qızıl ən bahalı metaldır?

0
3615
Nəyə görə qızıl ən bahalı metaldır?

Bütün bəşər tarixində qızıl ən qiymətli metal hesab olunub.  Ola bilsin ki, bu insanın ilk tanış olduğu metal olub.

İbtidai insanın qızıla diqqət etməsinin ilk səbəblərindən biri də o ola bilər ki, qızıla təbiətdə qarışıq şəkildə rat gəlinmir, yəni onu balaca külçələr şəklində tapmaq olur və tərkibində başqa metalların və mineralların qarışığı olmur. Qızılın sarımtıl çalarları vardır ki, hələ qədimdə insanlar onu bəzək əşyaları düzəltmək üçün əldə etməyə can atırdı.

İnsanlar başa düşəndə ki, qızılı emal etmək çox asan başa gəlir, onun əhəmiyyəti bir qədər də artdı. Qızıl külçələri çox asanlıqla əriyərək nazik lövhəciklərə çevrilir, bu lövhələri asanlıqla əymək mümkündür, bu zaman onlar qırılmır. Bu o deməkdir ki, hələ qədimdə insanlar metala istədiyi formanı verə bilirdilər. Bir zamanlar ondan saç düzümünü qorumaq üçün istifadə olunan halqalar düzəldirdilər. Daha sonrakı taclar və diademalar da başlanğıcını burdan götürüb və indi də əksər zamanlar qızıldan hazırlanır.

Yer üzündə qızıl ehtiyatları son dərəcə məhduddur. Qızılı olmayan insanlar öz digər məhsullarını qızıl müqabilində təklif etməyə başlayıb. Beləliklə qızıl mübadilə meyarına çevrilib. Digər əşyalar uzunömürlü olmayıb, qızılı isə çox uzun zamanlarda saxlamaq mümkündür. Qızıl həm də əşyanın dəyər meyarına çevrilib.  

Yüzlərlə il sonra, qızıldan pullar hazırlanmağa başladı, bu pullar həmin metalın dəyərini və əhəmiyyətini müəyyən edirdi.

Daha sonra bankirlər qızılları seyfdə saxlamağa başladı, sonra isə onlar qızıl təqdim etmək müqabilində xüsusi sənədlər – girov kağızlarını imzalayırdılar. Bu praktikanı nəzərə alan hökumət valyuta və kağız pul emissiya etməyə başladı. Bu pullar əslində tələb müqabilində müəyyən miqdarda qızıl ödənişinin həyata keçirilməsi öhdəliyini göstərək sənəddir.

Dünyada çıxarılan qızılın yarıdan çoxu ABŞ maliyyə nazirliyinə məxsusdur. 

ŞƏRH YAZIN