Nitsşe fəlsəfəsi

0
4834
Nitsşe fəlsəfəsi

 * Bir dəfə səhv qatara mindinizsə, koridordan tərs tərəfə getmənin heç bir faydası yoxdur!

 
* Bəzən insanlar gerçəklərə qulaqlarını tıxayarlar, çünki xəyallarının yerlə bir olmasını istəməzlər...
 
* Dəlilik, tək tək fərdlərdə seyrək görülən bir vəziyyətdir, ancaq qruplar, partiyalar, xalqlar və çağlar üçün isə bir qaydaya çevrilmişdir.
 
* Qorxunc bir dərinlik olmadan, səthdə mükəmməl bir görünüş meydana gələ bilməz ...
 
* Ən uca dağlar ən dərin dənizlərdən çıxmışdır, ən dərin ağrılardan doğular, ən dərin sevinclər... 
 
* Hər vərdiş əlimizi daha bacarıqlı, ağlımızı isə daha bacarıqsız hala gətirib çıxarar.
 
* Dünyanın ən uca taxtına da çıxsa, oturacağınız yer, öz qılçanızın üstüdür.
 
* Saxlanılan bütün gerçəklər zəhərlidir.
 
* İnsan aşağı gördüyü müddətcə deyil, yalnız bərabər ya da yüksək gördüyündə nifrət edər.
 
* Yaxşı olduğun üçün hər kəsin sənə ədalətli davranacağını gözləmək,vegeterian olduğun üçün öküzün hücum etməyəcəyini düşünməyə bənzər.
 
* Səni təriflədikləri müddətcə öz yolunda getdiyini sanma əsla başqasının yolunda gedirsən.
 
* Öz savaşınızı başlatmalısınız öz düşüncələriniz uğrunda.Düşüncələriniz yenilsə belə, dürüstlüğünüz zəfər qışqırıqları atmalıdır bunun üçün.
 
* Ən insani davranış, bir insanın utanılacaq vəziyyətə düşməsinin qarşısını almaqdır.
 
* Quş olmayanın uçurumlar üzərinə yuva qurmaması lazımdır. 
 
* Ümid yalnız əziyyətin müddətini artırır.
 
* Ölüm güc bir şeydir. Ölümün son yaxşılığı, bir daha ölümün olmamasıdır. 
 
* Bəzi sirlər vardır tək dostlara izah ediləcək. Bəzi sirlər vardır dostlara belə izah edilməyəcək. Bəzi sirlər vardır özümüzə belə açıqlanmayacaq ...
 
* Atanın gizlədiyi şey oğuldan ortaya çıxar.
 
* İnsan səhvini bir başqasına etiraf etdiyində unudar onu, amma çox zaman o biri insan bunu unutmaz.
 
* Yaxşıların axmaqlığında dibsiz bir hiyləgərlik var.
 
* Uçuruma gözlərinizi dikdiyinizdə o da eyni şeyi sizə edəcək.

ŞƏRH YAZIN