İlk mükafat Alfred Nobelin vəfatından beş il sonra verilib. Dinamiti kəşf edən isveçli kimyaçı Alfred Nobelin sərvətini fonda bağışladığını eşidən qohumları məhkəmə vasitəsilə onun vəsiyyətinə etiraz etmişdilər. Beləliklə, ilk Nobel Mükafatı ixtiraçının ölümündən düz 5 il sonra sahiblərinə təqdim olunub.
Dörd elm xadimi iki dəfə Nobel mükafatı qazanıb. Amerikalı Con Bardeen 1956 və 1972-ci illərdə Fizika üzrə Nobel Mükafatına layiq görülüb. İngilis kimyaçı Frederik Sanger 1958 və 1980-ci illərdə Nobel alıb. Amerikalı kimyaçı Linus Paulinq fərqli nominasiyalarda 1954-cü ildə Kimya üzrə Nobel mükafatı, 1962-ci ildə isə Nobel Sülh Mükafatı alıb. İki dəfə Nobel Mükafatı almış ən məşhur qadın elm xadimi Mariya Kuridir.
Əslində Nobel Mükafatı ancaq yaşayan insanlara verilir. Buna baxmayaraq, 1961-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Dag Hammarskyold ilə 1934-cü ildə Nobel Ədəbiyyat Mükafatını qazanan Erik Axel Karlfeldə mükafatları dərhal verilməyib. Namizədlik müddəti ilə mükafatın təqdim olunduğu zaman kəsiyində qaliblər vəfat ediblər. Buna görə də bu şəxslərə mükafatlar ölümlərindən sonra verilib. 1974-cü ildə ölümündən sonra mükafat verilmə qadağan olunub.
Qadınlara verilən Nobel Mükafatının sayı azdır. Mariya Küri 1903-cü ildə radiasiya tədqiqatlarına görə, 1911-ci ildə kimyəvi elementlər – polonium və radiumun tapılmasına görə mükafat alıb. Nobel Ədəbiyyat Mükafatının qazanan kanadalı yazıçı Alince Munroyla birlikdə Nobel alan qadınların sayı 45 nəfərdir. Onların arasında ancaq 16 nəfər elm üzrə qalib olub. Qadınlara elm nominasiyasında verilən Nobel mükafatları üç faiz təşkil edir.
Nobel mükafatı ilə bağlı maraqlı faktlardan biri də odur ki, bu mükafatdan imtina edənlər və mükafat alma qadağası olanlar var. Vyetnamlı məşhur siyasi xadim Le Duc Tho ölkəsindəki vəziyyəti əsas gətirərək mükafatı qəbul etməyib. Fransız yazıçı Jan-Pol Sartr isə hər cür rəsmi mükafata qarşı olduğu üçün Nobel Ədəbiyyat Mükafatından imtina edib. Elm nominasiyalarında mükafatlardan imtina hallarına rast gəlinməyib.
Hitler Almaniyasında isə alman elm adamlarının Nobel almağı qadağan olunub. 1938-39-cu illərdə iki kimya, bir tibb üzrə olmaqla üç alman elm xadiminin namizəd olmasına baxmayaraq, onlar mükafat ala bilməyib.
Üç elmi nominasiyada ən çox Nobel Mükafatı alan ölkələr arasında Amerika Birləşmiş Ştatları (ABŞ) başda dayanır. Fizika, kimya və tibb sahəsində mükafatların 43 faizi ABŞ-dan olan elm adamlarına verilib. ABŞ-ın ardından müvafiq olaraq Almaniya, İngiltərə və Fransa gəlir.
Korrektor redaktor: Salmanlı Ayna