Onu ayaqqabısından tanıyın!

0
7152
Onu ayaqqabısından tanıyın!

 Düşmən ayağa baxar, deyirlər. Amma bu heç də hər zaman belə olmur. Bir insanı daha yaxşı tanımaq üçün də onun ayağına baxa bilərsən. Təbii ki, ayaq deyərkən, ayaqqabısını nəzərdə tuturuq. İnsanın geyindiyi ayaqqabı insanın xasiyyəti haqqında məlumat verir. Psixoloqlar belə düşünürlər. Modellər insanın əhval ruhiyyəsi, hədəfləri, arzuları haqqında xəbər verə bilərlər. 


Amerikanın Kanzas universitetinin elm xadimləri 63 tələbədən 208 cüt ayaqqabıya baxmasını və onların sahiblərinin xarakterini təyin etmələrini istəyib. Ayaqqabı sahibləri isə özləri haqqında bütün məlumatları psixoloqlara danışıblar. Tələbələr asanlıqla ayaqqabı sahiblərinin yazşı, sosial statuslarını təyin ediblər. Hətta onların həyatlarının bəzi intim məqamlarını belə tutublar. Deyilənlərin 90 faizi demək olar ki, doğru çıxıb. 

Qadınlar
 
1. İdman stilli 

Belə ayaqqabıya ünsiyətcil, açıq, azad xanımlar üstünlük verirlər. Onlar səyatət etməyi və dost tapmağı çox sevirlər. Dəyişikliklərə çətin alışırlar. Qarşılarında məqsəd qoyub ona doğru gedirlər. Onları işdə ideya generatoru belə adlandırmaq olar. 
 
2. Kişi ayaqqabısı

Yarımbotinka və ya dairəvi, dörbucaq dabanlı ayaqqabı sahibi özünə əminliyini göstərir. Hər şeyə özləri nail olurlar. Əməksevərdirlər. Onların şüarı belədir "Yaxşısını etmək istəyirsənsənsə işini özün gör". 

3. Platforma 

Belə ayaqqabını romantik insanlar sevirlər. Onlar istənilən insanla kompromisə gedirlər. Düzdür bəzən əmr verməyidə sevirlər. Diqqət mərkəzsində olmağı xoşlayırlar. 

4. Baletka

Kişilərdə belə ayaqqabı geyinən qadınlar müdafiə olunmaq istəyi hissi yaradır. Onlar dostcanlı, ünsiyətcil, diqqətli və yumşaqürəklidir. 

5. Dikdaban 
 
Nazik hündür dikdaban qadının özünəəminliyini ifadə edir. Bel qadınların həyata orijinal baxışları olur. Onlar ətrafındakılara rəhbərlik etməyi sevirlər. Onların şüarı "Bütün mümkün variantlardan ən yaxşısını seçmək lazımdır". Bir az ərköyün olurlar. 
 
6. Mokasin 

Onları sevənlər yaxşı rəfiqə və sevgili olurlar. Özlərini təbii aparırlar. Ən çətin problemləri belə asanlıqla həll edirlər. Analitik düşncə qabiliyyəti düzgün nəticə çıxarmağa yardım edir. 
 
7. Uzunboğaz qış ayaqqabılar 

Belə ayaqqabı geyinən qadınıların sərt görünüşünün altında komplekslilik,utancaqlıq var. Onlar hisslərini gizlədirlər. Belə ayaqqabılar onların özünə maraq cəlb etmə üsuludur. 

8. Yarımuzunboğaz qış ayaqqabılar 

Onların sahibləri gələcək haqqında düşünmür, keçmişlə bağlı özlərini yormurlar. Onların bütün problemətri demək olar ki öz özlüyündən həll eidlir. belə ayaqqabı sevənlərin əhval ruhiyyəsi demək olar ki həmişə yaxşı olur. Uzunmüddətli münasibətlərdənsə, qısa romanlara üstünlük verirlər. Bəzən çox aqresiv ola bilirlər. 

9. Alçaqdaban ayaqqabılar 

Belə daban sevən qadınlar tənqidləri çox ağır qəbul edirlər. Ancaq özləri kimisə tənqid etməkdən çəkinmirlər. !Qara günə" pul yığır və praktiklikləri ilə seçilirlər. 
 
 
Kişilər

1. Tufli 

Əgər kişinin geyindiyi ayaqqabaıda heç daban yoxdursa bu onun ünsiyyətcil, həyatdan xoşbəxtliyi ala bilən insan olmasından xəbər verir. Ucu dördbucaq olan ayaqqabı sahibləri məqsədyönlü, fikirlərində qəti, çox prinsipial və özlərini sevən olur. 

2. İdman ayaqqabısı "krossofka" 

Düşüncə qabiliyyətləri bol olan kişilər belə ayaqqabıları sevirlər. İstənilən şəraitə asanlıqla uyğunlaşırlar. Uşaq xasiyətli olurlar. 

3. Böyük platformalı botinka

Belə ayaqqabı sevən insan azadlığa can atır və bütün yollarl aözünüifadə etməyə çalışır. Əslində qəlblərində bədbin olurlar. 

4. Səndəl

Sahiblərin yüngül xarakteri olur və tanımadıqları insanlarla belə asanlıqla ünsiyyət qura bilirlər. 
 
5. Klassik qara ayaqqabı 

Bu daha kübar kişilərin seçimidir. Onlar öz düşündüklərini deməkdən çəkinmirlər, əməyə qiymət verir. Qadınların sevimlisidirlər.

ŞƏRH YAZIN