Oskar Uaylddan dəyərli sözlər

0
6391
Oskar Uaylddan dəyərli sözlər

 Uğurumun sirri üstünlüyüme gözü bağlı inanmağımdı.


Müvəffəqiyyətin və pulun zamanı genclikdir.

Birazca səmimiyyət təhlükəli bir şeydir, amma daha çox səmimiyyət qətiliklə öldürücüdür.

Bir kişi bir qadınla ancaq onu sevmədiyi müddətcə xoşbəxt ola bilər.

Bizi qısqananların sayı, bacarıqlarımızı doğrular.

Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq.

Başqalarının düşüncələrinə görə hərəkət etsək öz düşüncələrimizin nə mənası qalar.

Axıb gedən bir bataqlığın içindəyik hamımız: amma, ulduzlara baxır bəzilərimiz.

Ağıllı bir adam qadınlar haqqında nə düşündüyünü söyləməz.

Aramızdakı əlaqə çox güclüdür, çünki bizi eyni günah bağlayır.

Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyil!

Əgər bir insan bir kitabı oxuduqdan sonra, onu təkrar oxumaqdan zövq almırsa, o kitabı oxumuş olmasının belə heç bir dəyəri yoxdur.

Dünyanın gerçək sirri görünməyəndə deyil, görünendedir.

Düşünə bilən hər canlının insan olması,təəssüf ki, insan olan hər kəsin düşüne bildiği mənasını vermir.

Demokratiya xalqın, xalq tərəfindən, xalq üçün əzilməsidir.

Duyğuların üstünlüyü budur ki bizi yoldan çıxardacaq, elmin üstünlüyü romantik olmamasıdır.

Təbiət, sənəti təqlid edir.

Təbii olmaq da sünilikdən başqa bir şey deyil, həm də süniliklərin ən qıcıqlandırıcısıdır.

Dost öndən bıçaqlar.

Düşmənlərinizi hər zaman bağışlayın. Heç bir şey onların bu qədər çox canını yandırmaz.

Davranışlar sözlərdən daha çox danışar, daha çox şey ifadə edər.

Dostun kədərinə qəmlənə bilərsiniz. Bu asandır, amma dostun müvəffəqiyyətinə simpatiya duya bilmək, möhkəm bir xarakter tələb edir.

Zəmanəyə təsir edən qanunlar deyil, kəslərdir.

Bir dahi üçün ən dözülməz şey qəliblərə sıxışdırılmaqdır.

Mən heç bir şey etmək istəmirəm. Hər şey olmaq istəyirəm!

Eşqdə sadiq olanlar sevginin yalnız müsbət istiqamətlərini bilənlərdir; eşqin tragediyalarını bilenlerse vəfasızdırlar.

Qohumlar, nə yaşamasını nə də öləcək zamanı bilən insanlardır.

İkinci bir eşq tapmadan, birincini unuda bilməzsiniz.

Kişilər özlərini yorğun hiss etdikləri üçün, qadınlar isə maraqdan evlənərlər. İkisi də xəyal qırıqlığına uğrayar.

Əgər qadın bir kişini, həqiqətən, sevsə, onun gözündə dünyadakı bütün kişilər; qəti olaraq mənasını itirər.

ŞƏRH YAZIN