Öz-Özünə Danışmaq Beyni İnkişaf Etdirir

0
4498
Öz-Özünə Danışmaq Beyni İnkişaf Etdirir

Bəzi insanlarda öz-özünə danışma hallarına rast gəlinir ki, bu da beynin inkişafına təkan verən hallardandır. Madison Üniversitetinin psixologiya mütəxəssisləri müəyyən ediblər ki, öz-özünə danışmaq ehtiyacı beynin işləməsinə səbəb olur və bu davranışda hər hansı anormallıq yoxdur. 

Aparılan təcrübə zamanı iki qrupu sınaqdan keçiriblər. Sınaq zamanı tapşırıqlardan biri itirilən əşyanı tapmaq olub. İlk qrup itirilən əşyanı susaraq axtarmaq məcburiyyətində, ikinci qrup isə heç bir məhdudiyyət olmadan axtarmalı idi. Təcrübə sonrası müəyyən olub ki, ikinci qrupdakı sınaq iştirakçıları tapşırığın öhdəsindən sürətlə gəliblər. 

Psixoloqlar danışmağının qəbul etməyə, düşünməyə təsir etdiyini və bunun nəticəsinə beynin inkişafına səbəb olduğunu bildiriblər.
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN