Xoşbəxtliyə Aparan 17 Addım

0
2063
Xoşbəxtliyə Aparan 17 Addım

Xoşbəxtlik əksəriyyət insanlar üçün sanki uzaqdadır. Xoşbəxt olmaq, xoşbəxtliyə sahib olmaq o insanlara o qədər uzaq, yuxu kimi görünür ki, sanki əlçatılmazdır. Amma halbuki xoşbəxtlik əlini uzadınca sahib ola biləcəyin bir hissdir. Sən yetər ki, istə və çalış. Bəs necə sahib olaq? Psixoloqların xoşbəxtlik üçün tövsiyələrini nəzərinizə çatdırırıq.

1. Əsla əsla deməyin!

2. Cümlənizin başlanğıcı ''amma'' və ''lakin'' olmasın!

3. ''Fərq etməz'' desəniz yalan danışmış olarsınız, hər şey fərq edər.

4. Heç bir cümlənizin hərəkəti ''mış, miş '', ''lar, lər '', ''mişlər, mışlar'' və ya ''larmış, lərmiş'' lə bitməsin. Bunlar sizin bilmədiyiniz və görmədiyiniz, başqasının izah etdiyi hərəkətlərdir və bunlara görə hərəkət etmək həm sizə, həm qarşınızdakına zərər verər.

5. Başqasının yerinə düşünməyin!!

6. Başqasının yerinə qərar verməyin!!

7. Eqoistcə yaşayın... Onsuz da insan eqoistdir və özü üçün yaşar, əksinəni söyləyib və ya düşünüb özünüzü aldatmayın. Beləcə kim olduğunuzu və harada olduğunuzu bilərsiniz. Başqalarına daha az zərər vermiş olarsınız.

8. Müsbət düşüncə ilə yaxınlaşın mövzulara (edəcəyəm, bacaracağam kimi). 
 
9. Heç bir zaman gerçək və doğrudan imtina etməyin!
 
10. Keçmişi mühakimə etməyin, bir şey qazana bilməzsiniz. Yalnız təcrübə olaraq faydalanın və bədbəxtsinizsə, təkrar etməyin!

11. Özünüzə və ətrafınızdakılara güvənin, onları sevin!

12. Xoşbəxt olmaq və irəliləmək üçün yaşanan şeyləri təkrar yaşamayın, yaşanmışlardan faydalanın. (Atəşin əl yandırdığını öyrənmək üçün əlinizi atəşə soxmağa ehtiyac yoxdur, ətrafınıza baxmaq və oxumaq kifayətdir). Albert Eynşteyn ''Eyni şeyləri təkrar-təkrar edib fərqli nəticələr əldə etməyi gözləmək axmaqlıqdır''. deyər. Dünyanın ən ağıllı adamının sözlərinə qulaq asın.

13. Ümumiləşdirmə etməyin! 

14. Siz hiss etdiyinizi yaşayın,qoy dünya bəyənməsin, siz bəyənirsinizsə, kifayətdir.

15. Bir anı yaşamaq üçün illər xərcləmək müvəffəqiyyətsizlikdir. Müvəffəqiyyət, bir anda illəri yaşaya bilməkdir.

16. Mən həmişə verirəm, götürmürəm deməyin.Götürməyi bilməyən verməyi də bilməz. Verməyi bilmədiyinizdən o, heç bir yerə getməz. Götürməsini bilməyən verə bilməz, verməsini bilməyən götürə bilməz, ağlamasını bilməyən, həqiqətən, gülə bilməz, kədərlənməsini bilməyən sevinə bilməz. Hər şeyin tarazlığı vardır.
 
17. Və qərar verin, bu an sizin də yeni bir həyata başlama anınız olsun!!

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN