Pis vərdişin pəncəsinə düşən qadınlar

0
2379
Pis vərdişin pəncəsinə düşən qadınlar

Düşünürəm ki, siqaretdən danışmadan öncə onun necə zərərli vərdiş olduğunu xatırlatmalıyam. Hərçənd bu barədə hər kəs az çox məlumatlıdır. Zərərli vərdişin daha çox kişilər arasında yayılmasına baxmayaraq, qadınlar arasında da siqaret çəkənlərə rast gəlinir. Bəs ilk addımı kim atıb, indi biləcəksiniz.

 

Qeydlərə görə, siqaret çəkdiyi bilinən ilk qadın İngiltərənin Warwickshire şəhərində yaşayan dul Leydi Caroline Mordaunt'dur. Leydi Mordaunt yalnız özü üçün xüsusi olaraq məşhur tütünçü Nicholas Contoupolis tərəfindən xarmanlanılan siqaretləri çəkirdi. 1858-ci ildə Contoupolisin ən yaxşı müştərilərindən biri Leydi Mordaunt idi.


Cəmiyyət içində siqaret çəkən ilk qadın isə, Clenmont-Tonnerre Duchessei idi. 1896-cı ildə Savoy Otelinin yemək salonunda siqaretini yandırdığında qonaqlan dəhşətə düşdülər. 

 

O dövrdə çox az sayda qadın, böyük bir gizlilik içərisində siqaret çəkirdi.1897-ci ildə xüsusilə orta sinif evdar qadınlar tərəfindən çox oxunan Home Companion qəzeti, ən az altı Avropalı kraliçanın bu pis vərdişin pəncəsinə düşdüyünü eşitdirirdi. Bu xəbəri pis reaksiyayla qarşılayan İngilis xanımlar öz kraliçaları Viktorianın bu altılıya daxil olmadığını daha alt sətirlərdə oxuyunca rahat bir nəfəs götürdülər. 

 

Eyni il Amerikanın Richmond şəhərində nəşr olunan Southern Tobacco jurnalı bir siqaret reklamında ilk dəfə siqaret çəkən bir qadın rəsmi istifadə edincə yer yerindən oynadı. Amerika hələ bu cür azadlıqlara hazır deyildi və eyni elanın bir bənzəri ancaq 1919-cu ildə nəşr oluna bildi. Yenə də gərək ABŞ-da gərək İngiltərədə qadınların küçədə siqaret çəkmələrinin yayılması çox sonralar reallaşdı. 


1919-cu ildə London restoranlarından birində yeməkdən sonra bir siqaret tüstülətdirmək istəyən gənc bir qadın siqaretini ağızına qoyar qoymaz, dərhal yanındakı qarsondan yumruğu yemiş idi.

ŞƏRH YAZIN