Uşağın Hiperaktiv Olduğunu Öyrənməyin Yolları

0
3412
Uşağın Hiperaktiv Olduğunu Öyrənməyin Yolları

Hiperaktivliyin erkən diaqnoz və müalicəsinin önəmindən danışan Psixoloq Sevda Sevimli Yurtseven diqqət əksikliyi testi və müalicədəki önəmi haqqında məlumat verdi. Xüsusən erkən yaşlarda meydana çıxan diqqət əksikliyi və hiperaktivlik sadə bir testlə müəyyənləşdirilə bilir. Hiperaktivliyin əlamətləri təxminən 3 yaşda meydana çıxır. Bu problemin əsas xüsusiyyəti davamlı olaraq diqqət müddətinin qısalması, bu səbəbdən də meydana çıxan narahatlıq, hüzursuzluq  və s–dir. İlkin əlamətlər 3 yaşında meydana çıxarkən diaqnoz  ilk məktəb illərində qoyular. Ancaq son dövrlərdə elmin inkişafı ilə bağlı olaraq diaqnoz müxtəlif testlər vasitəsilə daha erkən yaşlarda qoyula bilir. Diqqət əksikliyi olan uşaqlar haqqında “bunu bilərək edir” deyə yanlış fikir mövcuddur. Bu problem xüsusilə də məktəb başlayandan sonra daha da qabarıq inkişaf edir. Belə uşaqlar inadkarlıq, aqressiv  və azalmış güvən duyğusu səbəbindən yaşıdları tərəfindən qəbul olunmazlar. Hiperaktiv uşaqlarda çox rast gəlinən əlamətlər bunlardır: çox hərəkətlilik, yerində dura bilməmək, çox danışmaq, diqqət yönəltmədə çətinlik, diqqətin tez dağılması, tez –tez nəyisə itirmək, səssiz oynamada çətinlik çəkmə, oyunlarda sırasını gözləyə bilməmək, qaydalara uymaqda çətinlik, bəzən nə dediyini bilməmə, təhlükəli fəaliyyətlərə meyillilik, suallara birdən – birə cavab vermə, bir məşğuliyyətdən digərinə tez keçmə, işi yarımçıq qoyma. Diqqət əksikliyi və hiperaktivlik kompüterdə olan qısa bir testlə müəyyənləşdirilə bilər.  4 – 7 yaş aralığında olan uşaqlarda problem daha tez aşkarlanır. Test tətbiq olunarkən uşaq ac olmamalı, qrip və ya buna bənzər xəstəliyi olmamalı və tualet ehtiyacı ödənilmiş olmalıdır. Bu faktorlar diqqətə təsir göstərəcəyindən və çölə çıxma ehtiyacını artırdığından testin nəticələrinə mənfi təsir edəcək. Test təxminən 7 dəqiqə davam edir.  Amma testə başlamadan əvvəl valideynlə görüş olmalıdır. Uşaqla tanışlıq və yaxınlıq qurulduqdan sonra testə başlanılacağı üçün təqribən 45 – 50 dəqiqə zaman ayırmaq lazımdır.  


 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN