İşə Enerjili Başlamağın Yolları

0
3143
İşə Enerjili Başlamağın Yolları

Səhərin şirin yuxusundan oyanıb işə getmək... bunun yalnız düşüncəsi belə insanı dəli edir. Həftəsonları üçün gün sayır, işdə də özünüzü bədbəxt hesab edirsiniz.Bəlkə də etməniz gərəkən yeganə şey işdə necə xoşbəxt olacağınızı öyrənməkdir. İş saatlarını səhərlər oyanmağa dəyər bir şəkilə gətimək üçün bu sadə addımlara əməl edin.
1.Səhərlər evdən çıxacağınız vaxtdan bir saat əvvəl oyanın.Qaçhaqaç başlamamış boş vaxtınızdan həzz alın.
2.Gününüzü vaxtından əvvəl planlaşdırın.Gündəliyinizi yoxlayın və işdə pis sürprizlərlə rastlaşmamaq üçün edəcəyiniz işləri vaciblik dərəcəsinə görə sıralayın.
3.İsti vanna qəbul edin və təravətli duş gelindən istifadə etməyi unutmayın.Şam iynələri ekstraktı sizə enerji verəcəkdir.
4.İşə ən azı on dəqiqə əvvəl gəldiyinizdən əmin olun.Tələsik və pis başlanğıc iş gününün uğurlu və xoşbəxt keçməsi şansını azaldır.
5.Bütün həmkarlarınızı salamlayın.Günün əvvəlində çayçıdan tutmuş müdrinizə qədər hər kəsə “Gününüz aydın olsun” deyin.
6.Hər kəsi isti təbbəssümlə salamlayın.98% sizə bunun qarşılığını verəcək.
7.Mənfi auralı insanlardan uzaq olun.Ah-zar edən,qaşbaqlı gəzən,şəxsi həyatından şikayətlənən həmkarlarınız sizin də işdəki
 rahatçılığınızı əlinizdən alacaq.
8.İş otağınızı, masanızı səliqəli saxlayın.
9.Müştərilərinizə nəzakətlə,hörmətlə davranın.Onlara əlinizdən gələn qədər kömək edin.Bunun qarşılığında isə onlar öz minnətdarlıqlarını müxtəlif formada nümayiş etdirəcəklər.Hər kəs faydalı olduğunu bilməkdən məmnunluq hissi keçirir.
10.Bədən dilinizə nəzarət edin.Həmkarlarınız və ya müştərilərinizlə əlləriniz sinənizdə çarpazlanmış şəkildə danışdıqda yalnız yanlış mesajlara yol açmır,eyni zamanda onları səmimiyyətinizə inandırmış olmursunuz.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN