Qalstuk bağlamağı bilmirsiniz?

0
3354
Qalstuk bağlamağı bilmirsiniz?

 Bir qalstuk kişi aksessuarları arasında ən önəmlilərindən biridir. Gözəl bir qalstuk bir kişini daha yaraşıqlı, daha xarizmatik, daha cəlbedici edər.


Amma gözəl qalstuk almaq hələ işin yarısıdır. Ən əsası onu düzgün bağlamağı öyrənməkdir. Bağlamaq üsulları çoxdur, lakin gəlin ən çox yayılmış üsullardan söhbət açaq. 
 
“Dörtlük” ən populyar və sadə bağlama üsuludur, bu düyün asanlıq ilə dörd hərəkətdə bağıanır və hər cür köynək yaxasına yaraşır. Əsas odur ki, düyün yaxanın kənarlarını örtməsin.
 
“SAĞRI DÜYÜNÜ” daha çox yun qalstuklara uyğundur. Yun qalstuk yüksək yaxaya çox yaraşır.
 
1) qalstukun enli ucunu naziyin üstünə atırıq, sola doğru aparıb nazik ucun altından sağa çeviririk.
 
2) Üstdən tikiş ilgəyindən çəkirik və yenidən sola çeviririk.
 
3) Enli ucu naziyin ətrafına dolayıb yenidən sola çeviririk. 4) İləkdən keçiririk və alınmış ikili gözdən çıxarırıq, səliqə ilə düyün salırıq.
 
“ASKOT” bu üsulu eyni zamanda boyun yaylığı adlandırırlar. Boyun yaylığını köynəyin yaxasından içəri salırlar, köynəyin üst düyməsini açıq qoyurlar.
 
“VİNDZOR” üçbucaq formalı düyündür. Bu üsül daha çox biznesmenlər və siyasətçilərə yaxındır. Düyünün ölçüsü qalsukun geniş və ensiz zolaqlarını sıxmaqla dəyişdirilə bilir. Geniş yaxa kəsiminə çox yaraşır.
 
1) qalstukun enli zolağını ensizin üzərindən sola aparaırıq.
 
2) Arxadakı ilmədən önə çıxarırıq.
 
3) Enli zolağı aşağı aparıb sağa çeviririk
 
4) Enli zolağı boyun ilməsindən öndən çəkirik və sola çeviririk. 5) Sonra isə arxadan boyun ilməsindən yuxarı doğru İlmədən keçirib düyün salırıq.
 
“ŞAHZADƏ ALBERT” Uzun yaxaya çox taraşan yığcam düyün. Əgər qalstukunuzun zolaqları ensizdirsə, bu üsul sizə lazım olacaq. Adətən bu düyün üçün yumşaq parçadan tikilmiş qastukları seçirlər.

ŞƏRH YAZIN