Qeyri-Adi Uşaqlar Yetişdirən Qeyri-Adi Məktəblər

0
3253
Qeyri-Adi Uşaqlar Yetişdirən Qeyri-Adi Məktəblər

Dünyada bəzi məktəblər fərqli və qeyri-adi üsulları ilə fərqlənir. Bu üsullar təbii ki qeyri-adi uşaqların yetişməsinə səbəb olur. Sizin üçün dünyadakı qeyri-adi 9 məktəbi topladıq.

Həyatımız boyu sadəcə sıradan biri olmaq üçün təhsil aldığımız məktəblərə çox öyrəşmişik.Öyrəşmədiyimiz isə fərqli üsullar sınayan, inkişaf etdirən və hər bir şagirdi ayrıca bir fərd olaraq görən məktəblərdi.Kimiləri qəbul etdikləri prinsiplərlə,kimiləri arxitekturaları ilə diqqət çəkən bu gözəl məktəblər şagirdlərinə heç vaxt adi bir münasibətlə təhsil vermir.
 
Qəliblərin xaricinə çıxmağı bacaran, dünyanın dörd bir yanından açıq fikirlilərin məhsulları olan o məktəblərdən bəzilərini punktlar üzrə sadaladıq. Təhsildə yer alan hər kəsin üfüqünü açması diləyi  ilə, və bəlkə bizim ölkəmizdə də bu tip cəhdlər olar ümidiylə…
 
1.ABŞ, Rhode Islandda əsl "Həyat Məktəbi"
 
Bu məktəbin tələbələri ən başından bəri yalnız həqiqətən öyrənmək istədikləri şey nədisə onun təhsilini alırlar. Uşaqların həyatdakı peşəkar arzularını başa düşə bilmələri üçün hər biri, bir qoçla qruplaşdırılır. Bu təhsil strategiyası ölkə üzrə 55 məktəbdə tətbiq olunmağa başlanıb.
 
2.ABŞ, Ohiodakı ofis görünüşlü məktəb
 
Bu məktəbdə bildiyimiz quru taxta siniflərdən və ya təbaşir istifadə edən müəllimlərdən yox. 300 fərqli bölməsi olan böyük bir ofis var. Hər tələbənin fərdi tədris planını apardığı, ona məxsus kompüteri və öz sahəsi var. Şagirdlər öz-özlərinə öyrənirlər və ehtiyac duyduqları anda müəllimlərdən kömək istəyirlər.
 
3.Uşaqlara, valideynlərinin etmə dedikləri şeyləri etdirən məktəb
 
San-fransiskodakı bu məktəbin müəllimləri uşaqlara "təhlükəli şeylər" etdirirlər və hətta bütün tədris planları belə şeylərlə dolu olur. Uşaqların;üstlərini-başlarını çirkləndirmələri, odla oynamaq və elektronika əşyaları söküb parçalarına ayırmaları sərbəstdir. Bu strategiya uşaqların təcrübələrlə öyrənmələrinə imkan tanıyır.
 
4.Cinsiyyət rolları deyə bir anlayışın olmadığı məktəb
 
İsveçdəki məktəbin təməl prinsipləri tamamilə tələbələrin bərabərliyinə əsaslanır. Uşaqlar, onları qız və ya oğlan olduqlarını müəyyən edən xitablarla deyil, sadəcə adları ilə çağırır. Bu sistem ön mühakimələri qırmaq üçün vuruşur və uşaqların mental olaraq daha sağlam inkişafını təmin edir.
 
5.Dünyanın ən yaşıl məktəbi Fransada
 
İlk baxışda bir qolf meydançasını və ya çöl çəmənlik bir ərazini xatırladan məktəb, uşaqların yaşıl və açıq sahədə zaman keçirməsi zərurətindən yaradılmışdır. Məktəbin damı və arxa bağçası tamamilə otla örtülüdür. Uşaqlar bu məktəbdə tozlu siniflər əvəzinə, mümkün olduqca təmiz havada təhsil alırlar.
 
6.Uşaqların həssaslığını və yaradıcılığını inkişaf etdirməyi qarşısına məqsəd qoyan məktəb
 
Nyu-Yorkdakı məktəbin baniləri, bir məktəbin daha çox oyun meydanına bənzəməsi lazım olduğunu hesab edirlər. Beləliklə, uşaqlar özlərini öyrənməyə daha çox həsr edirlər. Bu məktəbdə uşaqlar, geri dönüş, 3D şəhər planları kimi məsələləri müzakirə edir və həyəcanlarını canlı tutan daha bir çox yaradıcı şeylər edirlər.
 
7.İsveçdə şagirdlərin mağaralar və dağlarda təhsil aldığı məktəb
 
Yaradan memarlar sağ olsun, uşaqların bu məktəbdə darıxmaları mümkün deyil. Bir məktəbdən daha çox sehrli bir dünyaya bənzəyən məktəbdə normal və adi siniflər yoxdur. Bütün məktəb iri açıq bir sahədən ibarətdir və təbiət mövzusu içində, musiqi, rəqs, incəsənət kimi sahələrdə təhsil alırlar.
 
8.Nigeriyadakı üzən məktəb Makoko
 
Hər yaşdan tələbələrin təhsil aldığı məktəb, bölgədəki gölün yüksələn sularına müqavimət göstərməsi üçün xüsusi olaraq inşa edilib. Kater şəklindəki məktəbdə, ən pis hava şərtlərində belə, 100 tələbə etibarlı bir şəkildə təhsil ala bilir.
 
9.Hər bir şagirdə xüsusi təhsil verən Stiv Jobs Məktəbi
 
Hollandiyada olan Stiv Jobs məktəbi hər tələbənin fərqli qabiliyyətləri və maraqları olduğunu müdafiə edən və buna uyğun şəkildə təhsil verən ən yaxşı nümunələrdəndir. Həmçinin təhsil planı hər altı ayda bir, şagird, müəllim və valideynlər tərəfindən təkrar qiymətləndirilib keçirilir.
 
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN