Qiymətli daşların sağlamlığa təsiri

0
2942
Qiymətli daşların sağlamlığa təsiri

Daşlar həm fiziki həm də zehni olaraq sağlam bir həyatın qapılarını açırlar. Hər daşın özənəməxsus mənası və təsiri var.

Safir - Göy yaqut da deyilir. Latınca mavi mənasını gələn “sapphirus” sözündən gəlir. Mavi, çəhrayı, narıncı, sarı, yaşıl, bənövşəyi, qara bəzən də şəffaf olur. Tarix boyunca krallar, hökmdarlar pislik və xəyanətdən qorunmaq üçün bu daşı daim üzərlərində gəzdirib. Müqəddəs hesab olunan bu daş, eyni zamanda müxtəlif xəstəliklərə də şəfadır. Şəffaf safir sizə etibarı, sevgini və işığı hiss etdirər. Mavi safir romantik zədələrin yaratdığı duyğu yüklərindən azad olmağa kömək edər. 

Almaz - Keçmişdən bu günə daşların ən qiymətlisi hesab olunan almazın qadınla kişi arasındakı eşqi gücləndirdiyinə inanılıb. Bu səbəbdən də nişan üzüklərində almaz qaşlı üzüklər seçim edilib. Saflıq, sevgi və sevinc gətirdiyi deyilən almaz bununla yanaşı cəsarətin və eşqin simvoludur. Almaz sizi özünüzə və başqalarına qarşı dürüst olmağa yönləndirər. 

Yaqut - Bədbəxtlik, döyüş, düşmən, hücum, vaxtsız ölümlər və ağıl xəstəliklərinə qarşı qoruyucu xüsusiyyəti olduğuna inanılar. Yaqut, Hindistanda daşların əfəndisi olaraq bilinir. 

Zümrüd - Yaşıl rəngli bu daş bərəkət, məhsuldarlıq və yağış simvolu olaraq bilinir. Düşüncə gücünü inkişaf etdirdiyinə, yaddaşı gücləndirdiyinə inanılır. Göz ağrıları, iltihaba kömək edir. Eyni zamanda stressə, migrene, iştahsızlıq, ağciyər xəstəliklərin yaxşı gəlir. Müsbət enerji yüklü bir kristaldır. Daşıyan adamdan mənfi yüklü enerjiləri uzaq tutar. Beyin gücünü artırır və qanı təmizləyir. Çəhrayı kuvarsla birlikdə istifadə edilsə zehni mükəmməlləşdirər. 

 

Firuzə (Turkuaz) - Panzəhər yəni əks təsir xüsusiyyəti var. Taleh daşı olaraq tanınır. Hiss etdirdiyi daxili bağlantılar sayəsində şəfa təsiri göstərir. Nəzərdən qoruduğuna inanılır. Şüuru genişləndirir, təzyiqi nizamlayır, ürək xəstələrinə ən yaxşı vasitədir. Qadınlıq xüsusiyyətlərini artırır.

 

ŞƏRH YAZIN