Şekspirin Dediklərindən ...

0
3002
Şekspirin Dediklərindən ...

Bəziləri böyük doğular, bəziləri böyüklüyü qazanar, bəzilərinə də böyüklük yaraşdırılar.

Heç bir şeyə sahib deyilsinizsə, heç bir şey itirə bilməzsiniz.

Qadınlar güllər kimidir, bir dəfə açıldılarmı; yarpaqları dərhal tökülməyə başlar.

Öz başına yaxşı və ya pis bir şey yoxdur, bunu düşüncələrimiz edər.

Dəyişikliklə qarşılaşınca dəyişən eşq, eşq deyil. Eşq gözlə deyil ruhla görülər.

Necə bir at, üzərindəki zəngin qaçışımların fərqinə varmazsa, insan da içində yaşadığı nemətlərin elə fərqinə varmaz.

Bir insana yaraşan hər şeyi etməyi gözə alaram, amma daha çoxunu gözə almaq insanlıq deyil.

Ən yaxşını tapmaq üçün məşğul olarkən yaxşını itiririk.

İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur. Düşünməkdən qorxur, məsuliyyət gətirəcəyi üçün. Danışmaqdan qorxur, tənqid olunmaqdan qorxduğu üçün. Söykənməkdən qorxur, gəncliyin qiymətini bilmədiyi üçün. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün. Ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün.

Sözlərin uçur havaya, amma düşüncən yerdə. Öz olmayınca söz yüksəlmir göylərə.

Kim olduğumuzu bilirik, amma nə ola biləcəyimizi bilmirik.

Nə vaxt sənə açılacaq olsam, səni tək tapa bilmirəm. Şans bu ya; Səni tək tapdığımda, özümü tapa bilmirəm.

Soyulduğu halda gülən adam oğrudan bir şey oğurlamış deməkdir, boş yerə kədərlənən isə öz özünü soyar.

Səmimi ol, lakin əsla diqqətsiz olma!

Dəlilik və cahillik, insanlığın ortaq lənətidir.

İnsanın yaxşısı taleyin pisində müəyyən olar.

Qadın subaykən yalnız evlənməyi, evləndikdən sonra isə hər şeyi istər.

Bədənlərimiz bağçamızdır… Niyyətlərimiz də bağbanımızdır.

Gözləmək cəhənnəmdir, amma gözləyərəm səni, Yaxşı pis demədən, günahlandırmadan səni

Haqsız bir iddia üçün döyüşmək gerçək bir cəsarət sayılmaz.

Heç kim eşitmək istəməyən biri qədər kar ola bilməz.

Ah! Bu qədər oxudum, bu qədər əhvalat, dastan eşitdim, sevginin yolu əsla düz getmir.

Eşq bir dəlilikdir.

Sevəcək olan, ilk baxışda sevər.

Yarayla lağ edər, yaralanmamış olan...

Keçmiş bir dost üçün şikayətlənmək yeni dərdlər əldə etməkdir.

Ən çətini də; İnsanın öz-özünü təsəlli etmək məcburiyyətində qalmasıdır . 

Cəhənnəm heçnədi .Bütün şeytanlar buradadır...

Görəsən bu yaranı həmişə ağır-ağır yaxşılaşdıran da nədir?

Gerçək, daxmasında həpsedilən sadiq bir itdir.

Bir böhtan başqa böhtanları doğurar.

Daha yaxşı, yaxşının düşmənidir.

Azadlıq çöldədirsə, sürgün sizin yanınzdır.

Hər dost doğru dost olmur.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN