Şizofreniya Haqqında Doğru Bildiyimiz Yalnışlar

0
3351
Şizofreniya Haqqında Doğru Bildiyimiz Yalnışlar

I yanlış fikir : şizofreniya nadir xəstəlikdir.
Fakt : Bəzi dövlətlərdə buna daha tez, bəzilərində isə daha az rast gəlinir. Alimlər hələdə onun yaranma səbəbini axtarıb tapa bilmir. Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.
 
II yanlış fikir: şizofreniyanın yaranma səbəbinin uşaqlıqda olan pis rəftarla əlaqələndirilməsidir.
Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyə, ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir. Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz. Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.
 
III yanlış fikir: ruhi-əsəb xəstəliklərinin yoluxucu olmasıdır.
Fakt : Ruhi-əsəb xəstəliklər keçici deyil,yəni xəstəlik tənəffüs yolu ilə keçmir və siz xəstəylə yaxın təmasda olsanız belə,yoluxma ehtimalınız yoxdur.
 
IV yanlış fikir: şizofreniya irsi xəstəlikdir.
Fakt : Əslində sizin ailənizdə bu xəstəlikdən əziyyət çəkən olubsa,bu hələ o demək deyil ki, siz və ya sizin uşaqlarınızdan hansısa bu xəstəliyin daşıyıcısı olacaq.Şizofreniya diaqnozu qoyulmuş qadın sağlam uşaq dünyaya gətirə bilər.Yadda saxlamaq lazımdır ki,irsilik burda xərçəng və şəkərli diabet xəstəliyində faiz nisbilə eynidir.Yəni hər iki valideyn xəstəlikdən əziyyət çəkirsə,uşağın xəstələnmə riski 50%, ancaq valideynlərdən birinin xəstə olması halında isə 25% ola bilər.
 
V yanlış fikir : şizofreniyadan tam sağalma metodunun olmasıdır.
Fakt : Çox təəssüf ki, müasir müalicə metodları hələdə sona qədər bu xəstəlikdən azad etməyə imkan vermir.Lakin müasir dərman preparatlarının sayəsində xəstəliyin simptomlarını azaltmağa, xəstənin və onun yaxınlarının həyatını yaxşılaşdırmağa imkan verir.
 
VI yanlış fikir: şizofreniyalı xəstələrin aqressiv olmalarıdır.
Fakt : Belə xəstələr əsasən aqressiv olmur.Bir çox xəstələr,əksinə sakit və təkliyə meyilli olur. Əgər müqayisə aparsaq görərik ki, belə xəstələrin arasında aqressiya sağlam insanlar arasında olan aqressiyadan say etibarı ilə çox deyil.
 
VII yanlış fikir: şizofreniyanın pis hərəkətlərin nəticəsində yaranmasıdır.
Fakt : Hər hansı insanın bu xəstəlikdən əziyyət çəkməsi,ətrafdakılara əsas vermir ki,onun keçmişdə pis hərəkətlər etməsinin nəticəsidir.Əgər ailədə kimdəsə şizofreniya aşkar olunubsa, bu utanc mənbəyi deyil.Bu xəstəlikdən əziyyət çəkmək elə şəkərli diabet,mədə xorası və digər xroniki xəstəlikdən əziyyət çəkməkdən heçnə ilə fərqlənmir.
 
VIII yanlış fikir: bu xəstələrin ruhən zəif olmasıdır.
Fakt : Bəli faktiki olaraq ruhi-əsəb xəstələri öz iradəsi ilə xəstəliyin simptomlarını dəf edə bilmir.Lakin biz öz iradəmizlə göz və ya eşitmə zəifliyini də azaltmağa qadir deyilik.
 
IX yanlış fikir: şizofreniyanın dahiliyin vacib cəhətlərindən sayılmasıdır.
Fakt : Şizofreniyadan əziyyət çəkən pasientin fikirləri qeyri-ixtiyarlı, bəzən də orijinal olması ilə fərqlənir.Lakin bu əsas vermir ki, belə xəstələrin dahi olduğunu deyək .
 
X yanlış fikir: şizofreniyalı xəstələrin iş qabiliyyətinin olmamasıdır.
Fakt : "Şizofreniya" diaqnozu hələ insanı işdən kənarlaşdırmağa əsas vermir.Xəstə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilər.Beləki,işləmə həvəsi insanı mənəvi cəhətdən daha həvəsləndirər və daha tez sağalma həvəsini artırar.İş xəstənin özünə qarşı hörmətini artırar, o özünü cəmiyyətin vacib fərdi sayar ki, bu da vacib şərtlərdən biridir.
 
XI yanlış fikir: belə xəstələrin həbsxana şəraitində saxlanması fikridir.
Fakt : Ola bilər ki,ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxs cinayət törətmiş olsun. Bu əsasən tutmalar və xəstəliyin inkişaf mərhələsində baş verən cinayət faktları ola bilər.Çox təəssüf ki, cəmiyyət üçün həbsxana belə xəstələrin təcrid edilməsi üçün vacib yer sayılır.Lakin həbsxana şəraitindəki xəstəxanalarda belə xəstələrə lazımi müalicə tətbiq edilmir və get-gedə xəstənin vəziyyəti ağırlaşır.Onlar üçün ikinci cəza digər məhkumların onlarla pis rəftarı ola bilər ki, bu da onların ətraf mühitdən tamamilə ayrılmaqlarına və özünə qapanmaya gətirib çıxara bilər.
 
XII yanlış fikir: şizofreniyalı şəxslərin öz müalicələri barəsində müstəqil məşğul ola bilməmələridir.
Fakt : Bir çox şizofreniyalı xəstələr ilk vaxtlar bu xəstəliyə çətinliklə yanaşsalarda, anlayırlar ki, onlar xəstədirlər və müalicəyə ehtiyacları var.Əgər xəstənin özü haqda qərarları ailəsi tərəfdən də dəstəklənərsə,onda sağalmaya meyil daha artar və müalicə prosesinə daha həvəslə yanaşar.
 
XIII yanlış fikir: ağır psixi xəstəliklərin sağalması mümkündür.
Fakt: Bu gün daimi gedişatlı şizofreniyadan və ya manyakal-depressiv psixozdan sağalma metodları təəssüf ki, bizə məlum deyil.Bəzi psixiatrlar hesab edir ki, onlar belə xəstələri tam müalicə edib sağalda bilərlər.Lakin onların təklif etdiyi metodları digər psixiatrlar öz xəstələrinə tətbiq edərkən hec də uğurlu nəticə almırlar.Reallıqda biz ancaq xəstəliyin simptomlarını nisbətən yaxşılaşdıra, xəstənin öz və ətrafındakı insanların həyat keyfiyyətini mümkün qədər yaxşılaşdıra bilərik.Yaddan çıxartmaq lazım deyil ki, şizofreniyanın bir çox növü var. Bir çöx növlərdə xəstəliyin gedişatı ağır olsa belə,uğurlu müalicədən sonra xəstənin davranışında olan qüsurlar aradan qalxır və xəstənin ümumi vəziyyətini stabil saxlamq mümkundur.
 
XIV yanlış fikir: Şizofreniyadan əziyyət çəkmək – şəxsiyyətin parçalanmasından əziyyət çəkmək deməkdir.
Fakt: Şizofreniyadan əziyyət çəkmək hələ demək deyil ki,bu xəstələrdə şəxsiyyətin parçalanması baş verir.Şəxsiyyətin parçalanması xüsusi psixi vəziyyət zamanı meydana gəlir ki, bu da elmi dildə "Şəxsiyyətin dissosiativ pozuntusu” adlanır. Bu birbaşa uşaqlıqda alınmış bir çox psixoloji travmalarla əlaqələndirilir.Bələ xüsusiyyətli xəstələrdə şəxsiyyətin bir halından ona əks olan digər halına keçməsi ilə fərqlənir. Məsələn: sakit, utancaq qadın birdən-birə ünsiyyətcil və şən şəxsiyyətə çevrilir.
 
Cürbəcür hallarda bu insanlar özlərini müxtəlif adlarla təqdim edirlər. Qeyd etmək lazımdır ki, bu cür xəstəlik çox nadir hallarda rast gəlinir və çətinliklə,əsasən amerika psixoanalitik yonümlü psixiatrlar tərəfindən diaqnostika olunur.Xəstəliyin əlamətləri Bryus Villisin baş rolu oynadığı "Gecənin rəngləri" filmində çöx gözəl təqdim edilmişdir.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN