Tarixin ən gözəl Təsadüfləri (II hissə)

0
4073
Tarixin ən gözəl Təsadüfləri (II hissə)

 5. Boş Evi Təmizləyərkən 200,000$ Dəyərində Qızıl Pul Tapdı


Johnstown Rare Collectibles sahibi Jeff Bidelman, qohumlarından birinin 20 ildən çox bir müddət əvvəl tərk etdiyi evi təmizləməyə köməyə getdi. Aşağı mərtəbədə bir çuval köhnə dəmir pulu sürüyərkən yuxarıkı divarların birində bir dəlik olduğunu gördü. Birinci mərtəbə yaxşıca axtarılınca bir çox qızıl pul ortaya çıxdı. Bidelman ümumilikdə 8,500$ tapdı. Pulların gerçək dəyərinin isə 200,000$'a qədər çıxa biləcəyini söyləyir.

6.Bazardan Çarpayı-divan Aldı, İçindən 27,630$'lık Tablo Çıxdı

Alman bir şagird Berlin bazarından 215$ verərək bir çarpayı-divan aldı. Evə gəlib çarpayı-divanı qatladığı sırada içində gizlənmiş bir şey olduğunu fərq etdi. Kunst Kettler açıq artırma mərkəzinə görə 25cmx38cm ölçülərindəki kiçik yağlı boya tablo, Hamburg şəkil açıq artırmasında 27,630$'a satıldı. "Preparation to Escape to Egypt" (Misirə Qaçmağa Hazırlıq) adlı əsərin yaradıcısı bilinmir, ancaq tərzinin Venedikli Carlo Saraceninin 1605-1620 illəri arası əsərlərinə yaxın olduğu düşünülür. Şagirdin adı isə açıqlanmadı.

7. 1.2 Milyon Dollar Dəyərindəki Tablonu 30 Dollara Alan Qadın

Bir gün Hindistandakı bir boya firmasında işləyən adam bir neçə parça mebel və bir tabloya 30$ verdi. Tablonu isə divarındakı dəliyi bağlamaq üçün diqqətlə yerləşdirdi. Bir neçə il sonra Masterpiece adlı bir masa oyunu oynayarkən (oyunçular açıq artırmada təqdim edilən sənət əsərlərinin sahibi olmağa çalışar) kartların birində öz tablosuna bənzəyən çiçəklər olduğunu fərq etdi. Öz divarındakı tablonun, mənzərə və çiçək şəkilləri ilə tanınan Amerikan rəssam Martin Johnson Headenin tərzinə çox yaxın olduğunu gördü. Headenin çoxu əsərini saxlayan Manhattandakı Kennedy Gallerieslə məsləhətləşən adam, tablonun "Magnolias on Gold Velvet Cloth" adıyla bilinən köhnə bir tablo olduğunu təsdiqlədi. Houstondakı The Museum of Fine Arts 1999-cu ildə tablonu 1.2 milyon dollara aldı.

8. Nadir Bir Film Afişasını Tapan Qadın
 
Laura Stouffer adlı qadın Summervilledəki ikinci əl mal satan dükanda gəzişərkən "Shepherd's Call" adlı tablo tapdı. "Found" olaraq da bilinən tabloda border collie cinsi bir itin, qarların arasında itmiş bir quzunu tapdığı an təsvir olunurdu. Orijinal tablo 1850-1870li illər arasında çəkilmişdir. Köhnə antikvar satıcısı olan Stouffer şəkili qaldıranda çərçivə və şəkil arasında çox daha nadir rast gəlinən bir şeylə qarşılaşdı; 1930 istehsalı "All Quiet on the Western Front" filmi afişasıyla.

ŞƏRH YAZIN