Xalqların Batil Inancları

0
2446
Xalqların Batil Inancları

Dünya xalqlarının batil inancları haqda maraqlı məlumatlar təqdim etmək niyyətindəyik - təbii ki, maraqlı qəbul olunsa. Siyahımızda birinci təqdim edəcəyimiz - ən çox batil inancları olan xalq kimi dünyada məşhurdur. Hətta Hollivud filmləri də bu inanclarından yan keçməyib. İrlandlar dünyanın ən çox batil inancları olan xalqından biridir.

- Keçmiş zamanlarda qadınlar yeni doğulmuş uşaqlarını qucağına alıb saatlarla dərinliyi dizdən olan suyun içində gəzirdi. Beləcə onlar uşağın doğrudan da insan övladı, yoxsa insan cildinə girmiş hiyləgər pəri olduğunu yoxlayırdı. Belə ki, hər bir irland bilir ki, qulyabanılar sudan qorxur.
 
- Digər bir irland inancı: pişiyi sevməyən insanlardan qorunun.
 
- Mayın biri ya pulla, ya da havayı kimə olursa olsun alov (hətta siqaret çəkmək üçün kibrit də), yaxud işıq vermək öz evinə fəlakət gətirmək deməkdir.
 
- İnək yağının dadlı olması üçün və cadugərlər sizdən uzaq dursun deyə mayın biri yığılmış otlarla inəyin quyruğundan çıxan yunu ağzı örtülmüş qazanda qaynadın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN