Yuxular, Yuxular ....

0
3054
Yuxular, Yuxular ....

Bilirdinizmi,oyandıqdan cəmi 5 dəqiqə sonra yuxunun yarısı, 10 dəqiqə sonra isə 90%-i yadımızdan çıxır. Bəli, bəli. 

Sən demə,görmə qüsurlu insanlar da yuxu görürmüş.

Hər gecə aşağı yuxarı 4-7 yuxu görürük.

İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.

Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.

Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.

Hamı rəngli yuxu görə bilməz. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara rəngdə görürlər.

İnsanlar 1915-1950-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. 
Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.

Yuxu simvolik xarakter daşıyır. Müəyyən bir əşya və hadisə barədə bəhs edən yuxu,adətən, birbaşa həmin əşya və ya hadisə ilə bağlı olmaya da bilər.

Yuxuda ən çox hiss edilən,hiss-həyəcandır.

Yuxular arasındakı fasilə orta hesabla 1-2 saatdır.

Heyvanlar da yuxu görürlər.

Yuxunun real həyatla əlaqəsi var. Belə ki, radioda musiqi səsləndirilərkən,yuxuda konsertdə olduğunuzu görə bilərsiniz.

Kişilər və qadınlar fərqli yuxular görürlər. Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.

Xoruldayarkən yuxu görmək mümkün deyil.

Araşdırmalara görə, yuxuların 18-38%-i gələcəklə bağlıdır.

Ən uzun oyaq qalma rekordu 18gün 21saat 40dəqiqədir.

İnsanlar heyvanlarla müqayisədə 3 saat az yatırlar.

Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.

Alma qəhvədən daha çox yuxusuzluq gətirir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN